SON XƏBƏRLƏR

İran İsveçrə vasitəsilə ABŞ ilə danışıqlar aparır

2024.10.22, 10:36
İran İsveçrə vasitəsilə ABŞ ilə danışıqlar aparır

İran-ABŞ arasında Oman vasitəsilə mesajlaşmalar dayandırılsa da, bu hazırda İsveçrənin İrandakı səfirliyi vasitəsilə davam etdirilir.

Gunaz.tv

Bunu İran XİN başçısı İsmayıl Bəqayi deyib.

“Nüvə problemi üzərində çoxdan qurulan Maskat prosesi bölgədəki son şərtlərə görə hələlik dayandırılıb, lakin iki tərəf arasında mesaj mübadiləsi ilə bağlı bizim öz kanallarımız var. ən mühümü isə İsveçrə səfirliyidir”,- deyə nazir bildirib.

O, hazırkı böhranlı vəziyyətin başa çatmasından sonra Oman vasitəsilə danışıqların yenidən başlayıb-başlamayacağı barədə qərar verəcəklərini söyləyib.

Hazırda İranın İsveçrə vasitəsilə ABŞ ilə İsrailin cavab hücumunun qarşısının alınması və ya hücumun məhdudlaşdırılmasını müzakirə etdiyi ehtimal olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar