SON XƏBƏRLƏR

Məhbus ailələri İran parlamenti qarşısında etiraz aksiyası keçirdilər

2024.10.23, 16:05
Məhbus ailələri İran parlamenti qarşısında etiraz aksiyası keçirdilər

Edama məhkum edilən məhbusların ailələri Tehranda İranparlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə insanhaqları fəalları məlumat yayıb.

Onlar edam hökmlərinin ədalətsiz məhkəmələrdə çıxarıldığını və hökmlərin icrasının dayandırılmasını, bunun başqa cəza ilə dəyişdirilməsini tələb ediblər.

Qeyd edək ki, son bir həftə ərzində İranda 46 məhbus edam edilib, onlarla məhus isə edama hazırlıq öncəsi təkadamlıq kameralara köçürülüb.

Edam sayının artması ilə eyni vaxtda BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mey Sato bəyanat yayıb.

O, İran hökumətini edam cəzasını dayandırmağa, beynəlxalq ictimaiyyəti isə İran hakimiyyətinin insan haqları pozuntularının qarşısını almaq üçün aktivliyə çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar