SON XƏBƏRLƏR

Birləşmiş Millətlər Təşkilatı öldürülən Həmas komandirinin "UNRWA"nın pərdəsi altında işlədiyini təsdiqləyib.

2024.10.25, 10:51
Birləşmiş Millətlər Təşkilatı öldürülən Həmas komandirinin "UNRWA"nın  pərdəsi altında işlədiyini təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun hücum nəticəsində öldürülən Məhəmməd Əbu Atavinin bu qurumun üzvü və əməkdaşı olduğunu təsdiqləyib.

Gunaz.tv

Əbu Atavi öldürüldükdən sonra İsrail ordusu onu HƏMAS-ın komandirlərindən biri olduğunu deyib və onun 7 oktyabr 2023-cü il tarixli hücumda israillilərin öldürülməsində və qaçırılmasında mühüm rol oynadığını və UNRWA tərəfindən işə götürüldüyünü açıqlayıb.

BMT-nin baş katibi Antonio Quterreş bu ittihama cavab verib: “Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı məsuliyyət daşıyacaq və BMT Katibliyi Katibliyi adi prosedurlarına uyğun olaraq səlahiyyətli orqanla bu şəxsləri təqib etməyə hazırdır”.

1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hazırda Fələstin ərazilərində, Livan, Suriya və İordaniyada 58 ofisi var. Təşkilatın 2022-ci ildə ən azı 1,7  milyard dollar dövriyyəsi olub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar