SON XƏBƏRLƏR

Əli Xaməneinin X platformasındakı hesabı bağlandı

2024.10.28, 10:49
Əli Xaməneinin X platformasındakı hesabı bağlandı

X sosial şəbəkəsi İran rəhbəri Əli Xameneinin ivrit (ibranicə) dilində yeni açdığı X hesabını bağlayıb.

Gunaz.tv

Bu barədə X şəbəkəsinin yaydığı məlumatda bildirilib.

“Bu addım X qaydalarının pozulması səbəbindən atılıb”, - vurğulanıb.

Qeyd edək ki, Əli Xamenei iki gün əvvəl X şəbəkəsində ivrit dilində açdığı hesabında İsraili bu sözlərlə hədələmişdi:

“Biz İsraili İran xalqının gücünü, qabiliyyətini, təşəbbüsünü və iradəsini anlamağa məcbur edəcəyik”,- İran rəhbəri paylaşımında təhdid etmişdi. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar