SON XƏBƏRLƏR

New York Times: Xamenei İsrailə hücum əmrini verib

2024.11.01, 11:12
New York Times: Xamenei İsrailə hücum əmrini verib

“New York Times” yaydığı xəbərdə iddia edib ki, İran hökumətinin lideri Əli Xameneinin ötən bazar ertəsi İsrailə qarşı hücuma hazırlaşmaq üçün Ali Milli Təhlükəsizlik Şurasına göstəriş verdiyini deyib.

Gunaz.tv

Qəzet şəxsiyyətləri açıqlanmayan İran məmurlarına istinad edərək bildirib ki, Əli Xamenei bu qərarı yüksək rütbəli hərbi komandirlərin Tehran ətrafındakı raket istehsal imkanlarına və hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və limana dəyən zərərin miqdarı barədə ətraflı hesabatı nəzərdən keçirdikdən sonra  verib.

Bu arada Axios xəbər saytı iki anonim İsrail mənbəsinə istinadən xəbər verib ki, İran yaxın günlərdə İraq üzərindən İsrailə hücum etməyə hazırlaşır.

Axios öz mənbələrinə istinadən bu mümkün hücumun yaxın günlərdə, ehtimal ki,  ABŞ prezident seçkilərindən əvvəl baş tutacağını qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar