SON XƏBƏRLƏR

Tramp seçildi - İran təşvişə düşdü

2024.11.06, 15:49
Tramp seçildi - İran təşvişə düşdü

ABŞ-da prezident seçkilərinin nəticələrinin elan edilməsi və Donald Trampın ölkənin 47-ci Prezidenti seçilməsi Tehranın təşvişinə səbəb olub.

Gunaz.tv

Bu, İran və SEPAH rəsmilərinin bəyanatlarından məlum olur.

Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani ABŞ-də kimin prezident olmasının İran üçün əhəmiyyəti olmadığını iddia etsə də, SEPAH komandirləri fərqli bəyanatlar yayıblar.

SEPAH-ın baş komandirinin müavini Əli Fədəvi Donald Trampın seçilməsindən sonra ABŞ və İsrailin İrana qarşı birgə önləyici hücum edəcəyi ehtimalı barədə danışıb.

"ABŞ və İsrailin İranın Sadiq 3 əməliyyatını həyata keçirməsinin qarşısını almaq üçün qabaqlayıcı hücum həyata keçirməsi ehtimalı az deyil",- Fədəvi xəbərdarlıq edib.

O, bəyanatının davamında yenədə İranın hərbi gücü barədə iddiaları təkrar edib, İran və ona bağlı proksi qüvvələrin istənilən hücuma hazır olduğunu deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar