SON XƏBƏRLƏR

İsrailə cavab hücumumuz fərqli olacaq- Baqiri

2024.11.26, 16:26
İsrailə cavab hücumumuz fərqli olacaq- Baqiri

İsrailə növbəti cavabımız bu ölkə rəhbərlərinin təsəvvür etdiyindən fərqlidir və budəfəki cavab taktika, icra və tətbiq olunacaq silah növü baxımından təəccübləndirici olacaq.

Gunaz.tv

Bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri deyib.

“Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmən təhdidlərinə sarsıdıcı və çəkindirici cavab vermək üzərində qurulub və İran ordusu istənilən səviyyəli təhlükə ilə mübarizə aparmağa hazırdır”, - o əlavə edib.

Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana hava zərbələri həyata keçirib.

Hava hücumu nəticəsində hava hücumundan müdafiə sistemləri,  PUA istehsalı və başqa hərbi təyinatlı təsisatlar sıradan çıxarılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar