SON XƏBƏRLƏR

Qalibaf Livanı ABŞ-nin təsiri altında olmaqda günahlandırdı

2025.02.24, 15:09
Qalibaf Livanı ABŞ-nin təsiri altında olmaqda günahlandırdı

Livan hökumətinin İran və Beyrut arasında uçuşları dayandırmaq qərarı Amerikanın təsiri altındadır və bu məsələ həll olunmalıdır.

Gunaz.tv

Bunu Livanda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə görüşündə deyib.

"Amerikalıların bizimlə, Suriya və Yaxın Şərqlə bağlı planı var",- o əlavə edib.

Qalibaf, Hizbullah silahlı qruplaşmasının Livanın təhlükəsizlik və milli gücünün bir parçası adlandırıb.

Xatırladaq ki, Livan hökuməti bir neçə həftədir İran təyyarələrinin Beyruta uçuşuna nüməlum müddətədək qadağa qoyub.

Bu, İsrailin İran diplomatlarının sərnişin təyyarələri vasitəsilə Hizbullah-a pul daşımaları barədə xəbərdarlığından sonra baş verib.

İsrail bunun davam edəcəyi təqdirdə Beyrut hava limanını hədəf alacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Məhəmmədbaqir Qalibafın başçılıq etdiyi İran nümayəndə heyəti fevralın 23-də 4 ay əvvəl İsrail ordusunun öldürdüyü Hizbullah-ın keçmiş baş katibi Həsən Nəsrullahın dəfn mərasimində iştirak edib.

Livan Prezidenti Cozef Aun isə iranlı qonaqlarla görüşündə ölkəsinin başqalarının müharibəsindən yorulduqlarının bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar