SON XƏBƏRLƏR

Günəş İsfahana işıq saçır, Azərbaycan kölgədə qalıb!

2025.07.10, 16:19
Günəş İsfahana işıq saçır, Azərbaycan kölgədə qalıb!

İsfahanda İranın ən böyük Günəş Elektrik Stansiyasının açılışı olub.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian 600 MVt gücündə olan günəş elektrik stansiyasının 120 MVt gücündə olan birinci mərhələsinin açılışını edib.

Elektrik stansiyası izləmə texnologiyasından istifadə edərək günəş şüalarının bucağına əsasən panelləri hərəkət etdirmək imkanına malikdir.

Qeyd edək ki, Məsud pezeşkian Prezident seçkilərindən əvvəl seçiləcəyi təqdirdə həmin stansiyanın tikintisinə söz vermişdi.

Prezident isfahanlılara verdiyi vədi yerinə yetirsə də, azərbaycanlılara verdiyi vədləri, o cümlədən Urmu gölünün bərpası ilə bağlı vədini hələlik yerinə yetirməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar