SON XƏBƏRLƏR

Britaniya Parlamenti Tehran təhdidi barədə xəbərdarlıq etdi

2025.12.06, 11:03
Britaniya Parlamenti Tehran təhdidi barədə xəbərdarlıq etdi

İslam Respublikasının xarici siyasəti ilə bağlı narahatlıqlar yalnız onun nüvə proqramı və ya Yaxın Şərqdəki silahlı qruplara və "terrorçu" təşkilatlara dəstəyi ilə məhdudlaşmır, həm də xaricdəki tənqidçiləri, jurnalistləri və müxalifləri hədəfə almağı da əhatə edir.

Gunaz.tv

Bu, Britaniya Parlamentinin dərc etdiyi hesabatda deyilir.

"SEPAHın Qüds Qüvvələri İslam Respublikasının Yaxın Şərqdəki təsirinin genişləndirilməsində və qlobal miqyasda daha geniş fəaliyyətlərin hədəf alınmasında mühüm rol oynayıb",- hesabatda bildirilib.

Hesabatda əlavə edilib ki, Böyük Britaniyada İranın hədəf aldığı şəxslər arasında dissidentlər, jurnalistlər, hökumət tənqidçiləri, israillilər, yəhudilər və dövlət qurumları, turizm sənayesi və universitetlər kimi sektorlar var.

“İran hökuməti ilə əlaqəli agentlərin hərəkətləri sərhədlərarası repressiyaların daha geniş modelinin bir hissəsidir. Sərhədlərarası repressiyalar adətən xaricdə bir şəxsi susdurmaq, məcbur etmək və ya məlumat əldə etmək məqsədi ilə təqib etməyi və ya qorxutmağı əhatə edir”؟- Böyük Britaniya İcmalar Palatası vurğulayıbظ

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar