SON XƏBƏRLƏR

İsrail İrandan nüvə proqramının tam ləğvini və raket məhdudiyyəti tələb edir

2026.02.08, 19:41
İsrail İrandan nüvə proqramının tam ləğvini və raket məhdudiyyəti tələb edir

Gunaz.tv

İsrail İranla aparılan danışıqların yalnız nüvə məsələ ilə məhdudlaşmamasını istəyir və Tehranın nüvə proqramının tam şəkildə ləğv edilməsini tələb edir. Tələblərə uranın zənginləşdirilməsinin dayandırılması və zənginləşdirilmiş materialın İran ərazisindən çıxarılması daxildir.

Baş nazir Benyamin Netanyahu bu məqsədlə Vaşinqtona səfərini irəli çəkib və ABŞ prezidenti Donald Trampla görüşəcək. Qüdsdə narahatlıq var ki, mümkün razılaşma yalnız nüvə dosyesi ilə kifayətlənə və İranın İsrail üçün yaratdığı digər təhlükələri nəzərə almayacaq.

İsrail həmçinin BAEA müfəttişlərinin İrana qayıdaraq nüvə obyektlərində yaxın və gözlənilməz yoxlamalar aparmasını tələb edir. Bundan əlavə, İsrail İranın ballistik raketlərinin uçuş məsafəsinin 300 kilometrədək məhdudlaşdırılmasını və Tehranın Yaxın Şərqdəki müttəfiq qruplara, o cümlədən Hizbullah və husilərə dəstəyinin dayandırılmasını istəyir.

Netanyahu səfərinin əsas məqsədinin danışıqlarda İsrailin şərtlərinin qəbuluna təsir göstərmək olduğunu bildirib.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar