SON XƏBƏRLƏR

TƏBRİZ AZAD UNİVERSİTETİNDƏ AKSİYA

2021.10.20, 07:36
TƏBRİZ AZAD UNİVERSİTETİNDƏ AKSİYA

Gunaz.tv
TƏBRİZ AZAD UNİVERSİTETİNDƏ AKSİYA Təbriz Azad Universitetinin minlərlə tələbəsi 3 tələbə qızın avtobus qəzasında ölməsini hiddətlə qarşılayaraq aksiya keçirib. Tələbə qızlar aprelin 11-də tutumundan çox sərnişin mindirən universitet avtobusunun qəzaya uğraması nəticəsində həlak olub. Hadisədə bir neçə tələbənin də ağır bədən xəsarəti aldığı bildirilir. universitet tələbələri həyətdə toplaşaraq universitet rəhbərliyinə qarşı şüarlar səsləndiriblər və günahkarların cəzalandırılmasını tələb ediblər. Məlumatda bildirilir ki, etiraz aksiyası genişləndikdən sonra Təbriz qubernatorunun müavini və Təbriz Sərnişin Avtobus Şirkətinin rəhbəri universitetə gələrək tələbələrdən üzrxahlıq edib, hadisənin səbəblərini araşdıracaqları barədə söz veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar