SON XƏBƏRLƏR

GÜRCÜSTANDA MÜXALİFƏTİN DÜŞƏRGƏSİNİ DAĞIDIBLAR

2021.10.20, 07:36
GÜRCÜSTANDA MÜXALİFƏTİN DÜŞƏRGƏSİNİ DAĞIDIBLAR

Gunaz.tv
GÜRCÜSTANDA MÜXALİFƏTİN DÜŞƏRGƏSİNİ DAĞIDIBLAR Etiraz aksiyaları isə davam edir Gürcüstanda aprelin 12-nə keçən gecə müxalifətin parlament binası qarşısında qurduğu düşərgə naməlum adamlar tərəfindən dağıdılıb. Xəbərlərə görə, şəhər meriyasının təmzlik xidmətinin əməkdaşlarının formasını geymiş bir qrup şəxs parlament binası qarşısında quraşdırılmış platformanı və üzərindəki avadanlıqları dağıdıb. Bu zaman düşərgədə cəmi bir neçə nəfər müxalifətçi olub və onlar müqavimət göstərə bilməyiblər. “Mühafizəkarlar” partiyasının təmsilçisi Laşa Çxartişvili jurnalistlərə bildirib ki, hücum edənlər 3 nəfər aksiya iştirakçısını döyüblər. Bildirilir ki, insident zamanı bahalı səsgücləndirici aparatlar sındırılıb, aksiyanı təşkil edən qadın müxalifət liderləri Nino Burcanadze və Salome Zurabişvilinin ünvanına söyüşlər yağdırılıb. Hücum edənlərin 50 nəfərə yaxın olduğu bildirilir. Burcanadze deyib ki, insidentdən dərhal sonra o polisə zəng edib və hücum edənlərin qarşısının alınmasını tələb edib. Lakin 15 dəqiqə keçsə də, heç bir polis naryadı göndərilməyib, parlament binasını mühafizə edən polislər isə baş verənləri müşahidə etməklə kifayətləniblər. Burcanadze bu hadisəni hakimiyyətin təşkil etdiyini deyib. “Biz bu cür adamları üstümüzə göndərən hakimiyyətlə heç bir dialoq apara bilmərik, aprelin 13-də bütün Gürcüstanı parlament binası qarşısına çağıracağıq. Bu hakimiyyət hökmən istefaya gedəcək”, - deyə Burcanadze bildirib. Baş nazirin müavini Georgi Baramidze isə parlamentin qarşısında baş verənləri təxribat adlandırıb. O deyib ki, həmin gecə Tiflis meriyasının təmizlik xidmətinin əməkdaşları zir-zibili parlament binasının qarşısından təmizləmək üçün orada olub. Bu zaman müxalifətçilər onları döyüblər. “Əgər bu insidentdə hakimiyyətin günahı sübut olunarsa, o zaman ölkə qarşısında ciddi cinayət sayıla bilər”. Tribunanın və avadanlıqların dağıdılmasına baxmayaraq, müxalifət tərəfdarları dünən günün ikinci yarısında yenidən mitinqə toplaşıblar. Ümumxalq itaətsizliyi kampaniyası isə təxirə salınıb. Müxalifət liderləri bildiriblər ki, bu gün parlament binası qarşısında izdihamlı aksiya olacaq. Artıq dördüncü gündür keçirilən mitinqlərin iştirakçılarının isə get-gedə azaldığı müşahidə olunur. Müxalifətin planı Saakaşvili istefa verənə qədər aksiyaları davam etdirməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar