SON XƏBƏRLƏR

DUİ ABDULLA GÜLƏ VƏ ƏRDOĞANA MÜRACİƏT GÖNDƏRDİ

2021.10.20, 07:36
DUİ ABDULLA GÜLƏ VƏ ƏRDOĞANA MÜRACİƏT GÖNDƏRDİ

Gunaz.tv
DUİ ABDULLA GÜLƏ VƏ ƏRDOĞANA MÜRACİƏT GÖNDƏRDİ Pənah Hüseyn isə İlham Əliyevə müraciət layihəsi hazırlayacaq Dünən Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən verilən məlumata görə, toplantıda əsasən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi, bu mövzunun ortaya çıxmasından sonra Türkiyə ilə Azərbaycan münasibətlərində yaranmış yeni situasiya müzakirə edilib. Qərara alınıb ki, Türkiyənin prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Böyük Millət Məclisinin sədri Toptan Göksala DUİ-yə daxil olan partiyaların adından müraciət göndərilsin. Müraciətdə yaranmış vəziyyətdən ciddi narahatlıq ifadə olunur. Vurğulanır ki, bu situasiyanın ortaya çıxması Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə ciddi zədə vuracaq. Azərbaycanın daxilindəki Türkiyə və türk düşmənləri bu vəziyyətdən istifadə edəcək. Sədrlər Şurası DUİ-nin parlament təmsilçisi Pənah Hüseynə tapşırıb ki, qanunvericilik təşəbbüsü ilə Milli Məclisin dövlət başçısı İlham Əliyevə müraciət göndərilməsi haqqında qərar layihəsini hazırlayıb təqdim eləsin. DUİ qərara gəlib ki, İlham Əliyevə müraciətdə dövlət başçısından işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində konstitusiyaya uyğun addımlar atması, o cümlədən silahlı qüvvələrdən də istifadə olunması istəyi əksini tapsın. DUİ partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının birgə Qarabağ forumunun keçirilməsini də məqsədəuyğun sayır. Qarabağ forumunun keçirilməsi üçün məsləhətləşmələr aparılması qərara alınıb. Xatırladaq ki, DUİ-yə KXCP, AXP, Azadlıq Partiyası, BAP daxildir. ETİBAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar