SON XƏBƏRLƏR

Türkiyə səfərindən imtina edən Əliyev Rusiyaya gedir

2021.10.20, 07:36
Türkiyə səfərindən imtina edən Əliyev Rusiyaya gedir

Gunaz.tv
Ilqar Məmmədov: «Bu, bir daha təsdiq edir ki, rəsmi Bakı Kremlin sözü ilə oturub-durur» Türkiyəyə səfərdən imtina edən dövlət başçıs Ilham Əliyev aprelin 16-da Rusiyaya gedəcək. Bu barədə “Interfaks” agentliyi məlumat yayıb. Kremlin mətbuat xidmətinə istinadən yayılan məlumatda bildirilir ki, Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti baş tutacaq iki günlük səfər işgüzar xarakter daşıyır. Ilham Əliyevin Türkiyə səfərindən itmtina etməsindən dərhal sonra Rusiyaya dəvət olunması bir sıra mətləblərdən xəbər verir. Söhbət ondan gedir ki, Ilham Əliyevin Türkiyə səfərindən imtinası hakimiyyətin nəzarətində olan media quruluşlarında milli maraqların müdafiəsinə hesablanmış addım olsa da, bir sıra ekspertlər fərqli düşünürdü. Həmin ekspertlərin fikrincə, əslində dövlət başçısının Azərbaycan-Türkiyə münasibətlərinə mənfi təsir göstərən bu addımı heç də rəsmi Ankaranın Ermənistanla yaxınlaşmasına etiraz əlaməti deyildi. Elə Ilham Əliyevin özü də səfərdən imtinasını iş qrafikinin sıxlığı ilə bağlayıb. Amma o biri yandan Prezident Aparatından hakimiyyət KIV-lərinə dövlət başçısının bu addımına qəhrəmanlıq donu geyindirmək barədə göstəriş verilib. Guya dövlət başçısı Türkiyənin Ermənistanla sərhədləri açmasına qarşı rəsmi Ankaraya demarş edib. Əgər bu demarş idisə, onda nə üçün, rəsmi qaydada bəyan edilmirdi? Yox əgər demarş deyildisə, nə üçün Ilham Əliyev bu addımı atıb? O zaman ekspertlərin bir qismi bu məsələyə şərh edərkən maraqlı fikir söylədilər. Onların fikrincə, əslində Ilham Əliyevin bu addımı regionda gözlənilən dəyişikliklərlə və Azərbaycanın strateji seçim etməsilə bağlıdır. Ekspertlərin sözlərinə görə, Azərbaycan hakimiyyəti Rusiyaya daha çox yaxınlaşmaq niyyətindədir. Çünki Rusiya Qərb dünyasından fərqli olaraq Azərbaycandan demokratikləşmə tələb etmir. Türkiyə hökumətinin ehtimal olunan addımı - Ermənistanla sərhədlərin açılması - isə Azərbaycan hakimiyyətinə Rusiyapərəst siyasətini daha birmənalı şəkildə davam etdirməyə fürsət verdi. Ekspertlərə görə, Barak Obamanın da qatıldığı tədbirdə iştirakdan imtina əslində rəsmi Kremlin istəyi idi. Indi Ilham Əliyevin tələsik Rusiyaya dəvət olunması da belə deməyə əsas verir. Politoloq Ilqar Məmmədov da bizimlə söhbətində bildirib ki, Türkiyəyə səfərdən imtinanın fonunda Rusiyaya “uçuş” Azərbaycanın artıq saatını rəsmi Kremlin saatları ilə qurmasından xəbər verir: “Bu bir daha onu göstərir ki, Azərbacaycan hakimiyyəti rəsmi Kremlin sözü ilə oturub-durur. Ilham Əliyev Türkiyəyə səfərdən imtina edəndə ilk olaraq mən demişdim ki, bu addımın səbəbini Rusiyada axtarmaq lazımdır. Yəni, əslində siqnal rəsmi Krmeldən gəlmişdi. Türkiyəyə səfərdən imtina, qardaş ilə ölkə ilə münasibətləri gərginləşdirmək bunun ardınca Rusiya səfər artıq göstərir ki, Azərbaycan starteji seçimini edib. Bu uğursuz seçim Rusiyadır”. Seyid

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar