SON XƏBƏRLƏR

İRAN PARLAMENTİ NÜVƏ DANIŞIQLARINI NƏZARƏTƏ GÖTÜRÜR

2021.10.20, 07:36
İRAN PARLAMENTİ NÜVƏ DANIŞIQLARINI NƏZARƏTƏ GÖTÜRÜR

Gunaz.tv
İran parlamentinin sədri Əli Laricani aprelin 12-də jurnalistlərə açıqlamasında ölkə parlamentinin nüvə danışıqlarına birbaşa nəzarət edəcəyini bildirib. “Media forum” saytının məlumatına görə, Əli Laricani 5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranın nüvə proqramına qarşı nəzarəti gücləndirməsinin hüquqi əsasları olmadığını söyləyib. Əli Laricani ABŞ hökumətinin İranın nüvə proqramına qarşı münasibətinə da toxunub: “Bizim ABŞ xarici siyasətində iddia olunan dəyişikliklərin baş verib-verməyəcəyini müəyyənləşdirən meyarlarımızdan biri onun İranın nüvə proqramına qarşı mövqeyidir. Yoxsa əvvəlki sözləri təkrarlamaq vaxtı itirməkdən başqa bir şey deyil”. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar