SON XƏBƏRLƏR

DAK Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair aparılan danışıqlarla bağlı bəyanat verib

2021.10.20, 07:36
DAK Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair aparılan danışıqlarla bağlı bəyanat verib

Gunaz.tv
DAK Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair aparılan danışıqlarla bağlı bəyanat verib Paşa Qəlbinur və Məhəmmədrza Xeştinin həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi (DAK) Türkiyə-Ermənistan sərhədlərinin açılacağı, diplomatik və iqtisadi əlaqələrin qurulacağı ilə bağlı aparılan danışıqlarla əlaqədar bəyanat verib. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulacağı haqqında xəbərlər bütün dünya azərbaycanlılarını narahat edib: “Çanaqqalada Azərbaycan türklərinin qanı tökülən torpaq və Azərbaycanda türk qardaşlarımızın qanı tökülən torpaq - hər ikisi Vətəndir. Vətənin bir hissəsində müharibə vəziyyəti olduğu halda, digər tərəfində sərhədin açılması heç bir siyasi və ictimai müstəvidə anlaşmaya uyğun gəlmir”. Bəyanatda Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu da qeyd olunub: “Azərbaycan ictimaiyyəti, dövlət və xaricdəki diaspor təşkilatlarımız Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ilə yanaşı, Türkiyəyə qarşı "soyqırımı" və ərazi iddialarının ifşa olunması istiqamətində də səmərəli fəaliyyət göstərməkdədir. Bu gün Ermənistan ən çətin iqtisadi və siyasi böhran dövrünü yaşayır. İrandan başqa Ermənistanın çıxış yolu yoxdur. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr qurmasından yalnız Ermənistanın faydalanacağına şübhə qalmır. Bu addım Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə də mənfi təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və onu yeni işğallara həvəsləndirəcək. Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin “soyqırımı”nı tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur”. Bəyanatda Türkiyə hökumətinin Türk dünyasının maraqlarına zərər gətirə biləcək qərar verməkdən çəkinəcəyinə və Türkiyə-Azərbaycan diaspor təşkilatlarının, o cümlədən türk xalqlarının maraqlarını nəzərə alacağına inam da ifadə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar