SON XƏBƏRLƏR

Ərbakan siyasətə qayıtdı

2021.10.20, 07:36
Ərbakan siyasətə qayıtdı

Gunaz.tv
Ərbakan siyasətə qayıtdı Sabiq baş nazir AKP-nin siyasətini kəskin tənqid edib Türkiyənin keçmiş baş nazirlərindən olan Nəcməddin Ərbakan aktiv siyasətə qayıdıb. Lent.az-ın məlumatına görə, 83 yaşlı Ərbakan müxalifətdə olan Səadət Partiyasının təklifini qəbul edib və partiyanın Məşvərət Şurasının sədri olub. Sabiq baş nazir keçirdiyi mətbuat konfransında hökumətin xarici və daxili siyasətini kəskin tənqid edib. Qeyd edək ki, Səadət Partiyası dini təmayüllü, mühafizəkar partiyadır. Ərbakan daha əvvəl yenə dini təmayüllü Rifah Partiyasının sədri olub. Daha sonra partiya bağlanıb və Ərbakan aktiv siyasətdən ayrılıb. Hazırkı baş nazir də həmin vaxt bu partiyada təmsil olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar