SON XƏBƏRLƏR

ƏRDOĞAN “SƏRHƏDLƏR AÇILMAYACAQ” DEDİ

2021.10.20, 07:36
ƏRDOĞAN “SƏRHƏDLƏR AÇILMAYACAQ” DEDİ

Gunaz.tv
ƏRDOĞAN “SƏRHƏDLƏR AÇILMAYACAQ” DEDİ “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma əldə olunmadan biz Ermənistanla yekun müqavilə imzalaya bilmərik”. ANS PRESS, “İhlas” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hazırda məzuniyyətdə olduğu Antakya bölgəsində cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ankara və İrəvan arasında Yalnız baza prinsipləri ilə bağlı danışıqlar aparılması mümkündür: “Amma bu, Azərbaycanla Ermənistan arasındakı problemin həllindən asılıdır. Əvvəlcə bunu həll etmək lazımdır”. Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Serj Sarkisyanın futbol üzrə Türkiyə-Ermənistan millilərinin oyununu izləmək üçün İstanbula gəlməsinin sərhədlərin açılması ilə heç bir bağlılığı yoxdur: “Prezidentimiz Abdullah Gül də Ermənistandakı oyunu izləməyə getmişdi. Bu, sərhədlərin açılması mənasına gəlməməlidir”. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin payızda açıla biləcəyini açıqlamışdı. Türkiyə və Ermənistan millilərinin oyunu noyabrın 7-də keçirilməlidir. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar