SON XƏBƏRLƏR

16 APREL YOLAYRICI - AZƏRBAYCAN RUSİYAYA, TÜRKİYƏ İRƏVANA...

2021.10.20, 07:36
16 APREL YOLAYRICI - AZƏRBAYCAN RUSİYAYA, TÜRKİYƏ İRƏVANA...

Gunaz.tv
16 APREL YOLAYRICI - AZƏRBAYCAN RUSİYAYA, TÜRKİYƏ İRƏVANA... 16 apreldə Azərbaycan prezidenti Moskvaya, Əli Babacan isə İrəvana gedəcək Aprelin 16-sı, belə görünür ki, Cənubi Qafqaz regionu ətrafında gedən geosiyasi proseslərdə kritik gün olacaq. Çünki Türkiyə xarici işlər naziri Əli Babacanın həmin gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq adı altında İrəvana səfəri gözlənilir. Həmin səfər zamanı Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin qurulmasına dair sazişin elan olunacağı haqda neçə vaxtdır yerli və xarici mənbələr xəbərlər yayır. Bu baxımdan aprelin 16-da Türkiyənin Ermənistanla sərhədlərinin açılacağı haqda qənaət formalaşıb. Türkiyə xarici işlər nazirinin həmin gün İrəvana gedəcəyini hələ bu ölkənin xarici siyasət idarəsi təsdiq etmir, ancaq Babacan özü mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə Ermənistanla normal münasibətlər qurmaq istəyir və o, İrəvana səfər etmək üçün heç kimdən çəkinmək fikrində deyil. Aprelin 16-da mühüm proseslərin cərəyan edəcəyini Azərbaycan prezidenti İlham Əliyevin məhz həmin gün Moskvaya səfərdə olacağı da təsdiq edir. Kremlin mətbuat xidmətindən “İnterfaks”a verilən mətbuata görə, Azərbaycan dövlət başçısı rusiyalı həmkarı Dmitri Medvedyevin dəvəti ilə həmin gün Moskvaya işgüzar səfərə gedəcək. Səfərin iki gün davam etməsi nəzərdə tutulub. İlham Əliyevin Moskvaya səfərinin məqsədi haqda məlumat verilmir. Belə xəbərlər var ki, İ.Əliyevdən sonra Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya dəvət olunacaq. Mayın 7-də isə Praqada Sərkisyanla Əliyev arasında görüş olacağı gözlənilir. Ötən gün Sərkisyanın həmin görüşə razılıq verdiyi məlum olub. Türkiyə xarici işlər nazirinin aprelin 16-da İrəvana, Azərbaycan dövlət başçısının isə Moskvaya hazırlaşması regionda gedən proseslərin mahiyyətini başa düşə bilmək üçün mühüm detaldır. Çünki Azərbaycan Türkiyənin Ermənistanla sərhədlərini açmasına cavab olaraq enerji məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyi haqda mesaj verib. Artıq Rusiya ilə Azərbaycan arasında bu məsələyə dair anlaşma memorandumu da imzalanıb. Eyni zamanda sirr deyil ki, Türkiyənin Ermənistanla sərhədlərini açması Rusiyanın maraqlarına uyğundur, çünki bu zaman Rusiyanın Cənubi Qafqazdakı hərbi müttəfiqinin mövqeləri güclənəcək. Lakin digər tərəfdən Rusiya ehtiyat edir ki, sərhədlərin açılması Ermənistanın Türkiyənin və nəticədə Qərbin təsiri altına düşməsinə aparıb çıxara bilər. Bu üzdən Kreml sərhədlərin açılması məsələsinə ehtiyatlı yanaşır və demək olmaz ki, Rusiyanın bu məsələdə birmənalı siyasəti var. Öz növbəsində Türkiyə Ermənistanla münasibətlər qurulmasına dair səylərini Rusiya ilə uzlaşdırır. Bu yaxınlarda prezident Abdullah Gül Moskvada səfərdə olub. Rəsmi Ankara Cənubi Qafqazda Moskva ilə ortaq şəkildə nüfuz dairəsi formalaşdırmaq ideyasını reallaşdırmaq istəyir. Ermənistanla sərhədləri açmadan və Rusiya ilə anlaşmadan bunu etmək isə mümkün deyil. Ona görə də İ.Əliyevin aprelin 16-da Moskvada, Babacanın isə İrəvanda aparacağı danışıqların regiondakı mürəkkəb oyunun taleyini müəyyən edəcəyi istisna deyil. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar