SON XƏBƏRLƏR

AZƏRBAYCANIN ENERJİ STRATEGİYASINDA MÜHÜM DƏYİŞİKLİK

2021.10.20, 07:36
AZƏRBAYCANIN ENERJİ STRATEGİYASINDA MÜHÜM DƏYİŞİKLİK

Gunaz.tv
AZƏRBAYCANIN ENERJİ STRATEGİYASINDA MÜHÜM DƏYİŞİKLİK Dövlət başçısı Ukrayna prezidenti ilə “Ağ axın” qaz kəməri layihəsinə dair danışıqlar apardı Azərbaycan öz qazını Avropa bazarlarına Türkiyə üzərindən deyil, Ukrayna və Rusiyadan nəql etməyə hazırlaşır. Ukrayna prezidentinin Bakıya səfəri zamanı Azərbaycan qazının Gürcüstan üzərindən və Qara dənizin dibindən keçməklə Ukraynaya, oradan isə Avropaya nəqli üçün nəzərdə tutulan kəmər layihəsinə dair danışıqlar aparılıb. Bildirilir ki, Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə Xəzər regionu qazının Qara dəniz vasitəsilə Avropa bazarına çıxarılmasının - şaxələnməsinin mümkün imkanları nəzərdən keçirilib. APA-nın əldə etdiyi məlumata görə, dövlət başçıları Avropa Birliyinə və Avropa Komissiyasına üzv ölkələrlə bu məsələnin müzakirəsinin intensivləşdirilməsinin vacibliyi haqqında ümumi fikrə gəliblər. Qeyd edək ki, Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana rəsmi səfəri aprelin 9-da başlayıb və dünən yekunlaşıb. Ötən gün Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. “Nabucco”ya alternativ hesab edilən və ilk dəfə Ukrayna tərəfindən irəli sürülən “Ağ axın” qaz kəməri də həmin danışıqlarda gündəmə gəlib. Xatırladaq ki, Yuşşenkonun Bakıya səfəri ərəfəsində Gürcüstanda Azərbaycan qazının bu ölkədən və Qara dənizdən keçməklə Ukrayna üzərindən Avropaya nəqlinə dair əməkdaşlıq memorandumu imzalanıb. Gürcüstan KİV-lərinin xəbərlərinə görə, memorandumu bu ölkənin enerji naziri Aleksandr Xetaquri və “Ağ axın” qaz kəməri layihəsi üzrə “White Stream Pipeline Co” şirkətinin baş direktoru Roberto Pirani imzalayıblar. “Ağ axın” layihəsi “Nabucco”ya alternativ olaraq Ukrayna tərəfindən irəli sürülüb. Avropa İttifaqı bu layihəyə dəstək verir. Layihəyə Gürcüstan da qoşulub və hazıda Londonda yerləşən “White Stream Pipeline Co” şirkəti layihənin reallaşması üzrə işlər aparır. Qaz kəmərinin inşasına 2012-ci ildə başlamaq planlaşdırılır. Layihənin birinci fazası 2015-ci ildə tamam olacaq. Layihə üzrə ilkin hazırlıq işlərini Aİ maliyyələşdirəcək, bu məqsədlə artıq 3 qrant ayrılıb. Kəmərin tikintisinə özəl kapital da cəlb olunacaq. “Ağ axın” kəməri ilə ilkin mərhələdə ildə 8 milyard kubmetr qaz nəql etmək nəzərdə tutulur. Sonradan kəmərin buraxılış gücü 24 milyard kubmetrədək artırılacaq. Müqayisə üçün qeyd edək ki, “Nabucco”nun buraxılış gücü ildə 31 milyard kubmetr olmalıydı. “Ağ axın” layihəsinin aktuallaşması Türkiyə ilə Azərbaycan arasında Ermənistanla sərhədlərin açılması məsələsinə görə yaranmış gərginliklə bir vaxta təsadüf edir. Bu günlərdə ARDNŞ Rusiyanın “Qazprom” şirkəti ilə qaz alğı-satqısına dair müqavilə bağlayaraq “Nabucco”ya marağının azaldığını nümayiş etdirib. Ardınca “Şahdəniz” qaz yatağının operatoru olan Norveçin “Statoil” şirkəti elan edib ki, həmin yataqdan hasil olunacaq qazın Türkiyə üzərindən nəqli planlarından imtina edir. Çünki Türkiyə tranzit üçün qəbuledilməz şərtlər irəli sürür. Şirkət alternativ marşrutlar olaraq Rusiya və İran üzərindən qaz nəqlinə dair müzakirələr apardığını da bildirib. İndi isə Azərbaycan “Ağ axın” layihəsi ilə bağlı müzakirələrə qoşulur. Bu isə göstərir ki, regionda baş verən son proseslərin təsiri altında Azərbaycan rəhbərliyi enerji strategiyasına yenidən baxmağı qərara alıb və təbii qazın nəqli üçün Rusiya, Ukrayna və İran marşrutları nəzərdən keçirilir. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar