SON XƏBƏRLƏR

Çənlibel” Ərdəbilin təhlükəsizliyinə təhlükə törədir?

2021.10.20, 07:36
Çənlibel” Ərdəbilin təhlükəsizliyinə təhlükə törədir?

Gunaz.tv
Çənlibel” Ərdəbilin təhlükəsizliyinə təhlükə törədir? Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə fars şovinist rejimi onun ailəsinin yeganə dolanışıq mənbəyi olan “Çənlibel” adlı mağazasını bağlamaq istəyir. məlumata görə, Abbas Lisani bildirib ki, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin Təmin Şurası (Qeydiyyat İdarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır. Soydaşımız qeyd edib ki, ona məxsus mağazanın üzərində ərəb əlifbasıyla “Çənlibel” sözü 10 ildən çoxdur yazılıb və milli fəal mağaza bağlansa belə bu adı başqa bir adla əvəz eləmək fikrində deyil: “Mən başa düşmürəm niyə “Çənlibel” sözünü götürmək istəyirlər. Nə bu sözün anlamında bir xəta var, nə də yazılışında. Hər halda narahatdırlar. Guya şəhərin, bölgənin təhlükəsizliyinə “Çənlibel” dükanı təhlükə törədir. Amma mən o adı götürmək fikrində deyiləm, mağaza bağlansa da”. Abbas Lisani vurğulayıb ki, onun mağazasının adını dəyişsələr, bundan sonra Ərdəbildə Azərbaycan türkcəsində bir obyekt də qalmayacaq: “Bizə hər şeyi hal edirlər, bircə öz dilimizdən başqa”. Qeyd edək ki, Ərdəbil əyalətinin Təmin Şurası (Qeydiyyat İdarəsi) Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu, tanınmış fəal Abbas Lisaniyə Azərbaycan türkcəsindəki “Çənlibel” müəssisəsinin adının farscaya dəyişdirilməsi üçün aprelin 8-dək vaxt vermişdi. Xatırladaq ki, Abbas Lisani Azərbaycan türklərinin milli-mədəni hüquqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə “Ettelaat” əməkdaşları tərəfindən bir neçə dəfə həbs olunub. O, yaşadığı yurdundan minlərlə kilometr uzaqda, İran adlanan yerin mərkəzində yerləşən Yəzd şəhər həbsxanasında 30 aylıq həbs cəzasını yenicə başa vurub. Ümumiyyətlə, son zamanlar Güney Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycan türkcəsindəki adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirilmək və ya bağlanmaq təhlükəsi ilə üzləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar