SON XƏBƏRLƏR

ŞİRAZ PARTLAYIŞINDA TƏQSİRLİ BİLİNƏN 3 MÜTTƏHİM DAR AĞACINDAN ASILIB

2021.10.20, 07:36
ŞİRAZ PARTLAYIŞINDA TƏQSİRLİ BİLİNƏN 3 MÜTTƏHİM DAR AĞACINDAN ASILIB

Gunaz.tv
ŞİRAZ PARTLAYIŞINDA TƏQSİRLİ BİLİNƏN 3 MÜTTƏHİM DAR AĞACINDAN ASILIB Aprelin 10-da Şirazın Adilabad zindanında “Rəhpuyani Vüsal” ocağının Şühəda hüseyniyyəsindəki (ibadətgahındakı) partlayışda təqsirli bilinən üç müttəhim dar ağacından asılıb. 2008-ci il aprelin 12-də Şühəda hüseyniyyəsində baş vermiş partlayışda 14 nəfər həlak olmuş, 300 nəfərə yaxın insan ağır bədən xəsarəti almışdı. Terror aktı ilə əlaqədar 15 nəfər saxlanmış, onlardan 3-ü partlayışın təşkilində təqsirli bilinərək edama, digər müttəhimlər isə uzunmüddətli həbsə məkum edilmişdilər. edam mərasimi hadisədə həlak olanların ailə üzvlərinini iştirakı ilə keçirilsə də, jurnalistler zindana buraxılmayıb. Dar ağacından asılanların kimliyi və hansı təşkilat və ya siyasi cərəyana bağlı olduqları barədə məlumat yayılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar