SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ YENİ XƏBƏR AÇIQLAYIB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ YENİ XƏBƏR AÇIQLAYIB

Gunaz.tv
ƏHMƏDİNEJAD İRANIN NÜVƏ PROQRAMI BARƏDƏ YENİ XƏBƏR AÇIQLAYIB Aprelin 9-da İsfahan Nüvə Kompleksinin açılış mərasimdə çıxış edən İran prezidenti Mahmud Əhmədinejad ölkənin nüvə proqramı ilə bağlı yeni xəbər açıqlayıb. Əhmədinejad deyib: “Bu gün ölkənin nüvə sənayesi sahəsində iki böyük uğurun şahidi oluruq. Birinci nailiyyət yanacağın hazırlanması və reaktorlarda yerləşdirilməsidir. İkinci nailiyyət isə tutumu və həcmi əvvəlki sentrifuqalardan qat-qat çox olan sentrifuqanın iki yeni növünün sınaqdan keçirilməsidir”. Mərasimdə iştirak edən İran Atom Enerjisi Təşkilatının rəisi Qulamrza Ağazadə isə jurnalistlərə açıqlamasında hazırda Nətənz nüvə təsisatında quraşdırılan sentrifuqaların sayının 7 minə çatdırıldığını bildirib. Əhmədinejadın nüvə sahəsində açıqladığı xəbərə reaksiya göstərən ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud isə jurnalistlərlə söhbətində məsələyə şübhə ilə yanaşdıqlarını bildirib: “Siz bilirsiniz ki, İran keçmişdə də sentrifuqaların sayı barədə müxtəlif məlumatlar yaymışdı. Lakin bu miqdar Beynəlxalq Atom Enerjisi Agentliyinin hesablamaları ilə üst-üstə düşmür”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar