SON XƏBƏRLƏR

İqdırlılar Ermənistanla sərhədlərin açılmasına qəti etiraz edir

2021.10.20, 07:36
İqdırlılar Ermənistanla sərhədlərin açılmasına qəti etiraz edir

Gunaz.tv
İqdırlılar Ermənistanla sərhədlərin açılmasına qəti etiraz edir Ermənistanla sərhəddə yerləşən İqdır vilayətinin sakinləri sərhədlərin açılmasına qarşıdılar. Onlar yaşadıqları torpaqlara iddialı olan Ermənistanla sərhədlərin açılmasının acı fəsadlar verə biləcəyini Ankaranın diqqətinə çatdırıblar. Müxbirimiz Aqşin Kamal Türkiyə-Ermənistan sərhədində olub, sərhədboyu yaşayış məntəqələrinin sakinləri ilə görüşüb. Türkiyə Ermənistan sərhəddinə 6 kilometr məsafə var. Hətta bu nöqtədən Yerevanı belə görmək mümkündür. Tərəflər gediş-gəliş üçün Araz çayı üzərindəki körpüdən istifadə etmək istəyirlər. Bölgə rəsmilər isə deyir ki, körpü nəinki avtomobillərin, heç piyadaların da keçməsi üçün yararlı deyil. Türkiyə-Ermənistan sərhədi boyunca yerləşən kəndlərin sakinləri sərhədlərin açılması ilə bağlı aparılan danışıqları diqqətlə izləyirlər. Deyirlər, yaranmış vəziyyətdən narahatdılar və sərhədlərin açılmasına qəti etiraz edirlər. Onlar üçün yaşadıqları torpaqlara iddilarından əl çəkməyən ermənilərlə barışıq qəbuledilməzdir. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən, rəsmi Yerevanın Türkiyənin ərazi bütövlüyünü tanımasından və qondarma soyqırım iddialarından əl çəkməsindən sonra belə sərhədlərin açılmasını istəməyənlər də az deyil. Bu, sadə iqdırlıların fikridir. Elə rəsmilərin mövqeyi də onlarla eynidir. İqdır valisi Saim Saffet Qarahisarlı deyir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll edilməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Yalnız bundan sonra sərhədlərin açılmasından söhbət gedə bilər. İqdırlılar tarixən ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırım və ərazi iddiaları siyasətini, dünyanın müxtəlif ölkələrində türkiyəli diplomatların ermənilər tərəfindən qətlə yetirilməsini unutmayıblar. İqdırın mərkəzində şəhidlərin xatirəsinə ucaldılan bu soyqırım abidəsi də bunu bir daha təsdiq edir. İqdırlıların sərhədlərin açılmasına qarşı olmasının əsasında da bu amillər dayanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar