SON XƏBƏRLƏR

Türkiyə iqtidarı erməni təxribatının qurbanına çevrilir

2021.10.20, 07:36
Türkiyə iqtidarı erməni təxribatının qurbanına çevrilir

Gunaz.tv
Türkiyə iqtidarı erməni təxribatının qurbanına çevrilir Cənubi Qafqazda cərəyan edən son geosiyasi proseslər bir daha sübut etdi ki, Ermənistan bölgədə sülhün, sabitliyin bərqərar olmasına ən böyük maneədir. Ekpertlərin fikrincə, regionun digər dövlətləri birləşərək Ermənistanın dağıdıcı fəaliyyətinə qarşı mübarizə aparmalıdırlar. Əslində bu cür mübarizə mövcuddur. Ermənistanın iri enerji layihələrindən kənarda, iqtisadi blokada şəraitində saxlanılmasının əsas təminatçısı Azərbaycan olsa da, digər bölgə dövlətləri Gürcüstan və Türkiyə də təcridçilik siyasətinin tərfdarıdır. Hər kəs yaxşı anlayır ki, erməni işğalı təkcə Azərbaycan üçün yox, bütövlükdə Cənubi Qafqaz üçün təhlükəlidir. Çünki, daşnaqların dilindən düşməyən dənizdən dənizə böyük ermənistan xülyası Türkiyə və Gürcüstanın da böyük bir hissəsini əhatə edir. Şərait yaranan kimi ermənilər bu dövlətlərə qarşı qondarma iddialar səsləndirə bilər. Amma son dövrlər Türkiyənin Ermənistanla sərhədlərini açması ideyası, bölgənin antierməni immunitetini həddən artıq zəiflədib. İş o yerə çatıb ki, Türkiyə dövləti Azərbaycana münasibətdə ikiili yanaşma sərgiləyir. Ermənistanla sərhədlərin açılması günü gündən dəqiqləşdiyi, Azərbaycan və Anadolu türklərinin buna qəti etiraz etdiyi bir halda, Ankara hələ də təkzib edir. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, yayılan xəbərlər Türkiyə müxalifətinin çirkin oyunudur. Ermənistan tərəfdə isə sərhədlərin açılmasına hazırlıq gedir. Qars-Gümrü dəmir yolunun işə başlaması üçün Ermənistan tərəfdə infrastrukturun bərpasına başlanıb. Prezident Serj Sarkisyan əminliklə bəyan edib ki, oktaybrın 7-də Türkiyəyə səfərə yollanana qədər artıq sərhədlər açıq olacaq. Ekspertlər hesab edir ki, erməni lobbisinin Avropa Birliyi və Amrikadakı təsir rıçaqlarını Türkiyənini üzərinə yönəltməsi Ankaranı sərhədləri açmağa vadar edir. Türkiyə Avropa Birliyinə qəbul olmaq və Kipr problemi vasitəsilə şantaj olunur. Amma Ermənistan tərəfinin vədlərinə əməl edəcəyi inandırıcı görünmür. Əksər mütəxəssislər əmindir ki, ermənilər tezliklə qondarma soyqırım iddialarını yenidən gündəmə gətirəcək. Azərbaycan Türkiyə iqtidarının erməni təxribatına cəlb edilməsinə təəssüf edir. Ermənistana münasibətdə isə mövqe dəyişməzdir. İşğalçı dövlət kiminlə sərhəd açmağından asılı olmayaraq, Azərbaycan torpaqlarını tərk edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar