SON XƏBƏRLƏR

Türkiyə mətbuatı Azərbaycanla həmrəydir

2021.10.20, 07:36
Türkiyə mətbuatı Azərbaycanla həmrəydir

Gunaz.tv
Türkiyə mətbuatı Azərbaycanla həmrəydir Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi Türkiyə mediasının daha çox müzakirə etdiyi məsələdir. Ölkədə dərc olunan nüfuzlu nəşrlərin siyasi icmalçıları Azərbaycanın işğal altında olan torpaqları azad olunmadığı müddət ərzində ermənistanla bağlı Ankaranın hər hansı bir addım atmasının doğru olmaycağı qənaətindədirlər. Türkiyənin «Sabah» qəzetində dərc olunan «çox ciddi səhvə yol verilir» başlıqlı məqalədə ölkənin ana müxalifət Cumhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalın fikirlərinə geniş yer verilib. Dəniz baykal hökumətin xarici siyasətini tənqid atəşinə tutaraq bildirib ki, AKP-nin ən böyük səhvi strateji müttəfiqimiz olan Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistanla danışıqlar aparmasıdır. O, proseslərin çox təhlükəli istiqamətdə cərəyan etdiyini və belə davam edərsə Ankaranın Cənubi Qafqazdakı ən önəmli müttəfiqini itirmək təhlükəsiylə üzləşəcəyini də vurğulayıb. Türkiyənin «Hürriyət», «Milliyət», «Türkiyə», «Zaman», «Ortadoğu» və digər qəzetlərində dərc olunan məqələlərdə də qeyd olunub ki, Türkiyə Ermənistanla sərhədləri açarsa, təkcə Azərbaycanda deyil, bütün türk və İslam dünyasında nüfuzunu itirəcək. Hər kəs düşünəcək ki, Ankara qardaş xalqa və əvəzsiz müttəfiqinə qarşı xəyanətə yol verirsə, bir gün bizə də xəyanət edə bilər. Qəzetlər onu da yazır ki, Ankranı Yerevanla münasibətlər qurmağa həvəsləndirən Qərb və Rusiya, əslində Türkiyə üçün tələ hazırlayır. Çünki maraqlı tərəflər yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ problemi öz həll olunmadan Ankara Ermənistanla sərhədləri açarsa, rəsmi Bakıyla əlaqələr pozulacaq və nəticədə ölkə Azərbaycanla bərabər türk dünyasını da itirmiş olacaq. Türkiyənin bir sıra tanınmış siyasətşünasları da məhz bu məsələyə diqqət çəkərək bildiriblər ki, Ankaranın Cənubi Qafqazdakı ən önəmli tərəfdaşı Azərbaycandır. Ermənistan kimi əhəmiyyətsiz bir ölkəyə görə isə mühüm strateji məkanda yerləşən Azərbaycanla münasibətləri korlamaq Ankaranın milli mənafeyinə zərbədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar