SON XƏBƏRLƏR

Azərbaycanın gənclər təşkilatları Türkiyənin Ermənistanla sərhədlərini açacağı haqqında xəbərlərdən ciddi narahat olduqlarını bi

2021.10.20, 07:36
Azərbaycanın gənclər təşkilatları Türkiyənin Ermənistanla sərhədlərini açacağı haqqında xəbərlərdən ciddi narahat olduqlarını bi

Gunaz.tv
Aprelin 9-da Azərbaycanda fəaliyyət göstərən 100-dən çox gənclər təşkilatının nümayəndələrinin yığıncağı keçirilmişdir. Yığıncaqda çıxış edən Gənc Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və digərləri son zamanlar yerli və xarici kütləvi informasiya vasitələrində Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə xəbərlərin Azərbaycan gənclərində doğurduğu ciddi narahatlıqdan danışmışlar. Toplantıda bildirilmişdir ki, işğalçı mövqeyindən və qondarma “soyqırımı” iddiasından əl çəkməyən, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaqdan boyun qaçıran Ermənistanla sərhədlərin açılması “bir millət, iki dövlət” kəlamında ifadə olunan doğma münasibətlərə, ictimai təmaslara mənfi təsir göstərə bilər. Təşkilatların nümayəndələrinin Türkiyənin gənclər qurumlarına və ictimaiyyətinə müraciətinin mətni oxunmuşdur. Müraciət yekdilliklə qəbul edilmiş və toplantıda iştirak edən 143 təşkilatın nümayəndəsi tərəfindən imzalanmışdır. Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunmuş müraciətin mətni aşağıda dərc edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar