SON XƏBƏRLƏR

«Sərhədlərinin açılması mərhələli həll prosesinə daxil edilə bilər»

2021.10.20, 07:36
 «Sərhədlərinin açılması mərhələli həll prosesinə daxil edilə bilər»

Gunaz.tv
Araz Əzimov: «Azərbaycanla Ermənistanın münasibətləri normallaşmayana qədər sərhədlərin açılmasından Türkiyə elə də mənfəət əldə edə bilməyəcək» Xarici İşlər Nazirinin müavini Araz Əzimov Türkiyə ilə Ermənistan sərhədlərinin açılması barədə gedən müzakirələrə münasibətini açıqlayıb. Nazir müavini deyib ki, əgər Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi müzakirə edilirsə, bunun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll prosesinə daxil edilməsi mümkündür: «Türkiyə Ermənistanla sərhədlərini bilavasitə Azərbaycan torpaqları işğal olunduğuna görə bağlayıb və sərhədlər açılması ilə bağlı qərarın ləğvi də yalnız işğal olunmuş ərazilərin azad olunmasından sonra mümkündür». Araz Əzimov deyir ki, Azərbaycanın son məqsədi ərazi bütövlüyünü bərpa etmək və həmin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlı və erməni icmalarının birgə mehriban qonşuluq şəraitində yaşamalarını təmin etməkdir. Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirən yolların hamısının işğal olunmuş ərazilərdən keçdiyini deyən nazir müavininə görə, işğal davam etdikcə Azərbaycanla Ermənistan arasında əməkdaşlığın olmamasına heç kim şübhə etməməlidir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşmayana qədər sərhədlərin açılmasından Türkiyə elə də mənfəət əldə edə bilməyəcək». Araz Əzimov hesab edir ki,. Bu baxımdan da Araz Əzimov hesab edir ki, sözügedən məsələ üç ölkənin bağlılığı kontekstində həlli edilsə, bu hər üç ölkə üçün daha mənfəətli ola bilər. Elmar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar