SON XƏBƏRLƏR

Bakıda anti-Türkiyə aksiyaları başladı Azərbaycandakı türk iş adamları və tələbələr Türkiyə-Ermənistan sərhədlərinin açılmas

2021.10.20, 07:36
Bakıda anti-Türkiyə aksiyaları başladı Azərbaycandakı türk iş adamları və tələbələr Türkiyə-Ermənistan sərhədlərinin açılmas

Gunaz.tv
«Masada heç bir şey Qarabağdan önəmli deyil və heç bir şey uğrunda Vətən torpaqlarından vaz keçilməz» Azərbaycanda yaşayan türk iş adamları və tələbələr Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz olaraq dünən aksiya keçiriblər. APA-nın məlumatına görə, Nərimanov parkında keçirilən etiraz aksiyasına azərbaycanlılar da qatılıb. Əllərində “Qarabağı unutma!”, “Öncə Qarabağ” sözləri yazılmış plakatlar tutan aksiya iştirakçıları sərhədlərin açılmaması üçün Türkiyə prezidenti Abdullah Gülə müraciət də ünvanlayıblar: “Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və bir milyona yaxın azərbaycanlı Dağlıq Qarabağdakı yurdlarından uzaqda yaşamaq məcburiyyətində qalıblar. Masada heç bir şey Qarabağdan önəmli deyil, çünki Dağlıq Qarabağ əsl Azərbaycan torpağıdır və heç bir şey uğrunda Vətən torpaqlarından vaz keçilməz. Bir burada imzası olanlar Dağlıq Qarabağ probleminin həll olması yolunda Azərbaycan prezidenti cənab İlham Əliyevin siyasətini sonadək dəstəkləyirik”. Müraciət müəllifləri hər iki xalqın ortaq problemi olan Dağlıq Qarabağın geri alınması və qaçqınların öz evlərinə dönə bilməsi üçün Türkiyənin indiyədək olan dəstəyinin və qardaşlıq münasibətinin davam etməsinin və Ermənistanla sərhədlərin açılmamasının milli mənafelərimiz üçün önəmli məqam olduğunu bildirilər. Aksiyada toplanan imzalar Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim olunub. Azərbaycanlı iş adamı Murat Əroğlu APA-ya açıqlamasında bildirib ki, etiraz aksiyası üç gün davam edəcək. Sabah aksiyanın Hüseyn Cavid parkında və Xocalı soyqırımına həsr olunmuş abidənin önündə keçirilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar