SON XƏBƏRLƏR

Azərbaycanın QHT nümayəndələri Türkiyə-Ermənistan sərhədləri ilə bağlı məsələni Ankarada müzakirə edəcək

2021.10.20, 07:36
Azərbaycanın QHT nümayəndələri Türkiyə-Ermənistan sərhədləri ilə bağlı məsələni Ankarada müzakirə edəcək

Gunaz.tv
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Türkiyə-Ermənistan sərhədləri ilə bağlı məsələni Ankarada müzakirə edəcək. Bu barədə APA-ya məlumat Milli QHT Forumundan daxil olub. Məlumata görə, bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan ibarət nümayəndə heyəti Türkiyəyə səfərə gedib. Nümayəndə heyəti səfər çərçivəsində Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzinin “Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti” mövzusunda təşkil etdiyi konfransda iştirak edəcəklər. Aprelin 15-dək davam edəcək səfərdə Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların liderləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və media mənsubları ilə görüşəcək, Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə əlaqədar ölkə ictimaiyyətinin mövqeyini və yaranmış narahatlığı onların diqqətinə çatdıracaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar