SON XƏBƏRLƏR

İran adlanan yerlə ABŞ arasında alimlər və ekspertlər səviyyəsində gizli danışıqlar gedir

2021.10.20, 07:36
İran adlanan yerlə ABŞ arasında alimlər və ekspertlər səviyyəsində gizli danışıqlar gedir

Gunaz.tv
İranla ABŞ arasında alimlər və ekspertlər səviyyəsində gizli danışıqlar gedir ABŞ və Avropa universitetlərindən olan mütəxəssislər son altı il ərzində İrandan olan həmkarları ilə müntəzəm gizli müzakirələr aparırlar. Bu barədə "RİA Novosti" İsveçrənin "Tan" qəzetinə istinadən məlumat yayıb. Bu müzakirələr "Trek-2" adını alıb. Qəzetin qeyd etdiyinə görə, əksəriyyəti Cenevrədə keçirilən bu görüşlərdə məqsəd İranla Qərb arasında qeyri-formal səviyyədə əlaqələri yoluna qoymaqdır. "Qeyri-formal diplomatiya Vaşinqtonla Tehran arasında diplomatik münasibətlərin kəısilməsindən 30 il keçdikdən sonra iranlılarla amerikalıların barışmasına imkan verə bilərmi? Altı il ərzində İran, ABŞ, eləcə də İsveçrə, ərəb ölkələri və hətta İsrail münasibətlərin dondurulmasına əhəmiyyət vermirlər və müntəzəm olaraq Avropada görüşlər keçirirlər" - deyə qəzet yazır. Qəzet bu danışıqların naməlum qalmasını istəyən bir neçə iştirakçısından əldə olunan informasiyanı diqqətə çatdırır. Nəşr yazır ki, son görüş martın 6-8-də keçirilib. Danışıqlarda iştirak edən alimlərdən biri xatırladıb ki, öz növbəsində Osloda İsraillə fələstinlilər arasında da bu formatda danışıqlar prosesi başlayıb. "Tan" qeyd edir ki, bu cür dialoq, görünür hakimiyyətin dəstəyini qazanıb. Belə ki, iclaslardan birində İran hakimiyyəti ilə əlaqələri olan şəxs iştirak edib. Məqalədə qeyd olunur ki, danışıqlarda beynəlxalq münasibətlər, Yaxın Şərq problemlərinin, ABŞ və İran münasibətlərinin öyrənilməsi üzrə ixtisaslaşan universitetlərin əməkdaşları, eləcə də nüvə texnologiyaları üzrə ekspertlər və beynəlxalq münasibətlər sahəsində çalışan alimlər iştirak edirlər. "Onlardan bəziləri siyasi xadimlərin müşavirləridir" - deyə qəzet yazır. Qəzet təsdiq edir ki, bu ilin martında keçirilən görüş zamanı İran həmişə olduğu kimi o qədər də geniş təmsil olunmamışdı: "Çox güman ki, onlar Amerikanın Barak Obama administrasiyasının vəd etdiyi dəyişikliklərin konkret nəticələrini gözləyirlər". Bu arada isə İran prezidenti Mahmud Əhmədineyad deyib ki, prezident Obamanın doğrudan da İrana qarşı mövqeyi səmimidirsə, onun ölkəsi Birləşmiş Ştatlarla danışıqları razılıqla qarşılayacaq. İsfahan şəhərində yüz minlərlə insan qarşısında çıxış edən İran prezidenti deyib ki, Birləşmiş Ştatların son zamanlar dialoq barədə təkliflərini yalnız o zaman qəbul edəcək ki, onun sözləri ilə "doğrudan da bu ölkəyə qarşı münasibətlər səmimi olacaq." Əhmədineyad vurğulayıb ki, iranlılar onların dövlətinə hörmət edən və qanun çərçivəsində yanaşanlara qarşılıqlı münasibət göstərəcək. Hələ yanvar ayında ABŞ prezidenti demişdi ki, əgər İran yumruğunu açarsa, onun administrasiyası İranla təmas qurmağa hazırdır. Lakin o zaman İran prezidenti Əhmədineyad bunun Obamanın prezidentlik kampaniyası üçün dediyini bildirmişdi. Mart ayında Obamanın İran xalqını bahar bayramı - Yeni İl münasibəti ilə təbrik etməsindən sonra İranın ali ruhani lideri Ayətollah Əli Xamenei buna soyuq reaksiya verərək, ABŞ-dan konkret əməldə dəyişikliklər gözlədiyini bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar