SON XƏBƏRLƏR

Azız Kaygısız "Bəs bizim haqqlarımız,Azərbaycanlı türklərinin haqqı harada qaldı” . MÜSAHİBƏ

2021.10.20, 07:36
Azız Kaygısız "Bəs bizim haqqlarımız,Azərbaycanlı türklərinin haqqı harada qaldı” . MÜSAHİBƏ

Gunaz.tv
Azız Kaygısız "Bəs bizim haqqlarımız,Azərbaycanlı türklərinin haqqı harada qaldı” Azız Kaygısız “indi ermənilər bizə gəlib deyirlər ki,gəlin bizim tariximızə sayğı göstərməklə əlaqələr quraq. Bəs bizim haqqlarımız,Azərbaycanlı türklərinin haqqı harada qaldı” Bu gün ki, Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan münasibətləri və digər içtimaiyyəti maraqlandıran sualların cavabını almaq üçün Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyanun başqanı, Qars şəhərinin 1983-88 ci illərdə Demokratik Millətçilər Partiyasından aday olaraq seçilmiş sabıq millət vəkili Aziz Kayğısızla müsahibəm. Aziz bəy ilk öncə sizi salamlıyıram. Son vaxtlar Türkiyə-Ermənistanda arasında güclü yaxınlaşmalar müşahidə olunur və bir azərbaycan türkü olaraq bu yaxınlaşmaya münasibətiniz və nəzərə alsaq ki, siz bir vaxtlar həmdə Qars şəhərinin millət vəkili olmusunuz? İlk öncə məndə sizi salamlıyıram sizin sualınıza cavabım, tam qətidir nə qədər ki, ermənilər Daglıq Qarabağdan çıxmayıblar bu əlaqələrin qurulmasına qarşıyam və çünki,ermənilər tarix boyu Anadolu və Azərbaycanda böyük qətliamlar törədiblər. 1905 ci illərdən başlayaraq Daşnaksutün partiyası və arxasında duran havadırlarına arxalanaraq ermənilər miyonlarla türkü qətliama məruz qoyublar. İndi bunun üzərindən keçib rahatca əlaqələr qurmaq ən azı babalarımızın ruhuna təhqirdir. Mən özüm əslən Qərbi Azərbaycandanam ermənilərin 1918 ci ildə orada nələr etdiklərini atalarımız bizlərə danışırdılar. Çünki,ermənilər dünya sübut etmək istəyirlər ki, Osmanlı imperiyasının zamanında Türklər onları soyqırıma məruz qoyublar. Ancaq onlar bizim ortaq tarix yaratmaq komissiyamiza yox dedilər. İndi bunlar bizə gəlib deyirlər ki,gəlin bizim tariximızə sayğı göstərməklə əlaqələr quraq. Bəs bizim haqqlarımız,Azərbaycanlı türklərinin haqqı harada qaldı. Əgər ermənilər bölgədə dünyanın sivil bir toplum kimi aparsalar və qonşularına əsassız tarixi iddialardan əl cəksələr sözsüz ki,bu əlaqələrin qurulmasında maraqlı olan insanlardan birinci özüm olaram. Amma cox təəssüflər olsunki,biz qarşı tərəfdən bunu görmürük. Türkiyə güclü dövlətdir. Regiona kifayyət qədər təsirləri var. Ona görə bu addımlar hesablanaraq Türkiyənin üzərinə gəlir. Amma tarix özü hər şeyə qiymət verəcəkdir. Çünki, regionda böyük bir türk toplumı yaşayır. Bu artıq illizuiya yox reallıqdır. Bu gün Türkiyənin Azərbaycanla bağlı siyasəti sizi qane edirmi? Türkiyə Azərbaycan bağlı siyasətində bəzi yanlışlıqlara yol verib. Amma bu gün Türkiyə Azərbaycanla bağlı siyasətində aktivlik müşahidə olunur. Azərbaycana hər cür yardımlar edir və güclənə bilsin. Bu gün Azərbaycanın güclü ordusunun formalaşmasında Türkiyənin misilsiz rolu var. Sosial-iqtisadi və mədəni əlaqələri son vaxtlar inkişaf edir. Ancaq buna baxmayaraq yuxarıda qeyd etdiyim kimi Türkiyə-Ermənistan əlaqələri Azərbaycanın maraqlarına cavab vermədən quralarsa sözsüz ki, bu münasibətlərə sərinlik gətirəcəkdir. Buna getmək olmaz. Bu təhlükəli siyasətdir. Türkiyə-Azərbaycan ət dırnaq bir birinə necə bağlıdırsa hər iki dövlətdə bu funksiyanı həyata keçirdir. Böyük Siyasət adamı Heydər Əliyevin sözü ilə desək “Bir Millət İki Dövlətik” bunu unutmaq və yaddan çıxartmaq olmaz. Türkiyə artıq qırx ildən coxdur ki, Avropa Birliyinə üzv olunmaq üçün fəallıq göstərir və amma nəticəsi yoxdur. Sizcə avropa birliyi türkiyəni nə vaxtsa öz arasında görəməyə cürət tapacaqmı? Avrupa Birliyi heç vaxt Türkiyəni öz arasında görmək istəməz və üzvdə eləməz. Çünki, Türkiyənin əhalisi coxdur. Onsuzda türklər avropanın hər bir yerində yaşayırlar və lobbiləşirlər. Avropa siyasətçiləri strateji baxımından bunu özləri üçün təhlükəli hesab edirlər. Axı tarixin “Türk Fırtınası” dövrü olub. Bunu avropa siyasətçiləri unutmayiblar və onlar türkiyənin güclənməsini istəmirlər. Ona görə Türkiyə avropaya inteqrasiya etməklə Türk dünyasında mövqələrini gücləndirməlidir. Bildiyinizmi kimi bu gün İranda 40 milyondan cox azərbaycan türkləri yaşayaır və onlar öz ana dilində oxumaqda,yazmaqdan məhrumdurlar. İran höküməti öz haqqını istəyən milli fəallarımızı həbs edir və işgəncəyə məruz qoyur. Bəli İranda demokartiya və insanlar hüqüqarı pozulur və despotizm sistemi bərqərar olunub. Sizin sualınız bağlı yadıma bir fakt düşdü. İranda inqilab ərəfəsində Ankara Üniversitetində təhsil alan tələbə dostlarım var idi. Onlar İran inqilabına böyük ümidlər bəsləyirdilər və Xomeyni qatı tərədarı idilər. Onu təbliğ edirdilər. Sonucda nə oldu.Onların arzuladığı sistem qurulmadı və özləri qurduqları hakimiyyətə qarşı müxalifətə cevrildilər. Hər bir dövlət az sistemi ilə inkişaf edə bilər. Zorakılıq sistemi ilə qurulan dövlətin ömrü uzun ola bilməz. Aziz bəy suallarımızı cavablandırdığınıza görə sizə öz təşəkkürümü bildirirəm? Mən sizə öz təşəkkürümü bildirirəm və Türk millətinin birliyi uğrunda gördüyünüz işləri alqışlayıram və uğurlar azru edirəm. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar