SON XƏBƏRLƏR

İran adlanan yerin, “Səhər” telekanalında Azərbaycan barədə həqiqəti əks etdirməyən xəbərlər yayılır

2021.10.20, 07:36
İran adlanan yerin, “Səhər” telekanalında Azərbaycan barədə həqiqəti əks etdirməyən xəbərlər yayılır

Gunaz.tv
Kanalın iddiasına görə, Azərbaycanda bəzi hərbi dairələr Türkiyə-Ermənistan yaxınlaşmasına etiraz olaraq bu ölkə ilə hərbi əməkdaşlığa yenidən baxacaq Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsi Iran kanallarında da aktiv işıqlandırılır. İranın “Səhər” kanalında bu ifrat, həqiqətə uyğun olmayan formada yayılmağa başlayıb. Telekanalın iddiasına görə, Azərbaycanda bir sıra hərbi və siyasi dairələr Türkiyənin Ermənistanla yaxınlaşmasına etiraz əlaməti olaraq bu ölkə ilə hərbi əməkdaşlıq məsələlərinə yenidən baxılmasını təklif ediblər. Qeyd edək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması perspektivləri ilə bağlı polemikalar başlanandan “Səhər” telekanalının Azərbaycanla bağlı xüsusi buraxılışlarındakı reportajların böyük əksəriyyəti məhz bu mövzuya həsr olunur. Eyni zamanda, Azərbaycanda ağır iqtisadi böhran, ictimai-siyasi gərginlik barədə həqiqəti əks etdirməyən süjetlər nümayiş etdirilir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar