SON XƏBƏRLƏR

İQDIRIN BAŞQANI ÖZ DÖVLƏTİNİ AŞAĞILADI

2021.10.20, 07:36
İQDIRIN BAŞQANI ÖZ DÖVLƏTİNİ AŞAĞILADI

Gunaz.tv
İQDIRIN BAŞQANI ÖZ DÖVLƏTİNİ AŞAĞILADI Mehmet Günəş: Iqdır bələdiyyəsinin başqanı Mehmet Nuri Günəş "525-ci qəzet"ə maraqlı müsahibə verib. Xatırldaq ki, kürd əsilli bu şəxs əhalisinin böyük əksəriyyəti Azərbaycan kökənli olan bir şəhərdə - İqdırda iki azərbaycanlı rəqibinə qalib gəlib. Bu, ona görə baş tutub ki, onun rəqibləri - AKP üzvü Nurəddin Aras və MHP-li namizəd Əkbər Yeşil öz aralarında razılığa gələ bilməyiblər. Nəticədə ikisinin toplam qazandığı səs 60 faizə yaxın olsa da, 38 faiz səs qazanan Günəş başqan seçilib. "525-ci qəzet"in Mehmet Nuri Günəşlə müsahibəsiinin oxucular üçün maraqlı olacağını nəzərə alıb saytımıza yerləşdiririk. Onu da qeyd edək ki, İqdırın PKK-nın nəzarətinə keçə biləcəyi haqda yazdığımız xəbərlər doğrulur. Günəş bir PKK simpatizanı və kürd millətçisi olduğunu dolayısı ilə təsdiqləyir. "525" - İqdır bələdiyyəsinin yeni rəhbəri kimi Azərbaycanla əlaqələrdə nələri vəd edirsiniz? M.N.Günəş: - Biz mövcud əlaqələri daha çağdaş, insana yaraşan səviyyəyə yaxınlaşdıracağıq. Bu günə qədər İqdırda biryönlü idarəetmə vardı. Biz çağdaş, insana yaraşan, irqçilik qoxumayan, insanı insan kimi görən bir idarəetmə prinsipi ilə işləyəcəyik. İnsana dəyər verən, insanı insan kimi görən, insanı kiçiltməyən bir anlayışla çalışacağıq. Məqsədimiz dostyana əlaqələr qurmaqdır. Bundan təbii nə ola bilər ki?! Bundan öncə necə olduğunu bilmirəm, amma biz əlimizdən gəldiyi qədər daha çağdaş, topluma faydalı olan əlaqələri inkişaf etdirəcəyik. Mənim babam 118 il əvvəl irqçiliyin üstündən xətt çəkərək azəri ilə evlənib. Nənəm İrəvan xanının qızıdır. Biz irqçiliyi qırmışıq, sizlər isə hələ də yox. - DTP-nin əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət İqdır bələdiyyəsini qazanması Azərbaycanda təəccüblə qarşılanıb. Hətta belə fikirlər də var ki, kürd partiyasının seçkilərdə qələbəsi İqdırda azərbaycanlıların sayının azalmasına və onların İqdırdan köçməsinə səbəb olacaq... - Bu günə qədər bu işə təpki göstərənlərin bir az özlərinə nəzər salmalarına ehtiyac var. İndiyə qədər İqdırda təkyönlü və sadəcə, özünü düşünən yönətim vardı. Biz isə onlardan daha çağdaşıq, daha çox demokratık, bizim insanlara önəm verən idarəetmə anlayışımız var. Kimsənin narahat olmasına gərək yoxdur. Biz çağdaş düşüncəyə üstünlük verəcəyik. Bizim fəaliyyətimizi izləyib görəcəksiniz. Bəziləri burda kresloya yiyələnmək, iqtidarda olmaq üçün 80 ildir irqçiliyi rəhbər tutur. Buna heç kim təsir etməyib. İqdırda solçu olub MHP-ləşən insanlar var. Amma onlar utanacaqlar. Bələdiyyə xidmət qapısıdır - biz hər kəsə bərabər hüquqla yanaşacağıq. - İqdırın həm də Ermənistanla sərhədi var. Sizin Ermənistanla sərhədlərin açılması ilə bağlı düşüncələriniz necədir? - Bu bizim səlahiyyətimizə aid məsələ deyil. Biz istərdik ki, hər kəs bir-biri ilə dostcasına əlaqələr qursun. Sərhədlərin açarı Obamanın əlindədir - Obama qərar verəndən sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq. Türkiyənin də, Azərbaycanın da açarı Obamanın əlindədir. Şəxsi fikrim isə budur ki, insanlar bir- birinə düşmən olmamalıdır. Biz dostyana əlaqələr qurmaq istəyirik. Bəziləri bu məsələdə xalqı narahat etməyə yönəlmiş fəaliyyət göstərir. Biz buna imkan verməyəcəyik. - Otağınızda, başınızın üzərində Atatürkün böyük portreti var. Atatürk ideologiyasına münasibətiniz necədir və bu portreti saxlayacaqsınızmı? - Belə şeyi soruşmaq ayıbdır. Atatürk qurtuluş mücadiləsi verən, hər kəsin qəbul etdiyi dəyərdir. musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar