SON XƏBƏRLƏR

TÜRKİYƏNİN 96 FAİZİ SƏRHƏDLƏRİN AÇILMASINI İSTƏMİR

2021.10.20, 07:36
TÜRKİYƏNİN 96 FAİZİ SƏRHƏDLƏRİN AÇILMASINI İSTƏMİR

Gunaz.tv
TÜRKİYƏNİN 96 FAİZİ SƏRHƏDLƏRİN AÇILMASINI İSTƏMİR Türkiyənin ən aparıcı telekanallarından olan “Habertürk” Ankara-İrəvan münasibətləri və AKP-nin Ermənistanla sərhədləri açmağa hazırlaşması ilə bağlı əhali arasında sorğu keçirib. Respondentlərə belə bir sual ünvanlanıb: “Türkiyənin Ermənistanla sərhədləri açmasını istəyirsinizmi?” Rəyi soruşulanların 96 faizi bunun qəti əleyhinə olduğunu deyib. Cəmi 4 faiz bunun lehinə olduğunu söyləyib. “Kanaltürk”ün məlumatına görə, sorğu elə aparılıb ki, onun nəticəsində ümumilikdə Türkiyənin mövqeyini müəyyənləşdirmək mümkündür. Yəni 96 faizlik nəticə bütövlükdə Türkiyənin mövqeyi kimi qəbul oluna bilər. TUNCAY

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar