SON XƏBƏRLƏR

AKP HÖKUKMƏTİ GERİ ÇƏKİLİR

2021.10.20, 07:36
AKP HÖKUKMƏTİ GERİ ÇƏKİLİR

Gunaz.tv
AKP HÖKUKMƏTİ GERİ ÇƏKİLİR Canan Arıtman: “... Sərhədin açılmasını əngəlləyəcəyik” Atilla Qaya: “...AKP artan müqavimətin qarşısında geri çəkilir” Turqut Ər: “Sərhədlərin açılması Türk dünyası üçün xəta olar” Türkiyənin xarici işlər naziri Əli Babacan Ankara-İrəvan danışıqları ilə bağlı hesabat vermək üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) çağırılıb. Bu barədə “Yeni Müsavat”a CXP-dən olan millət vəkili, TBMM-in xarici əlaqələr komissiyasının üzvü Canan Arıtman məlumat verib. Xatırladaq ki, Ə.Babacanın parlamentə çağrılması tələbini fevralın 26-da TBMM-in xarici əlaqələr komissiyasında C.Arıtman qaldırmışdı və bu barədə ilk məlumatı “Yeni Müsavat” yaymışdı. Həmin vaxt MHP-dən olan millət vəkilləri də C.Arıtmana dəstək vermişdilər. AKP-çilər isə buna qarşı çıxmışdılar və komissiyada qalmaqal yaranmışdı. Ancaq C.Arıtman bu məsələnin üstündən keçməyəcəklərini və Ə.Babacanın parlamentə çağırılmasına nail olacaqlarını bildirmişdi. Dünən C.Arıtman əməkdaşımıza bildirib ki, məsələ xarici əlaqələr komissiyasında müzakirə olunarkən AKP-dən olan deputatlar cığallıq etmək istəyiblər. Ancaq MHP və CPH-dən olan deputatlar israrla Ə.Babacanın parlamentə çağırılmasını tələb ediblər. Onlar həmçinin deyiblər ki, indiki şərtlər altında Türkiyə Ermənistanla sərhədləri aça bilməz. C.Arıtmanın sözlərinə görə, onlar birmənalı şəkildə bildiriblər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan, “soyqırım” iddialarından əl çəkmədən və Türkiyənin ərazi bütövlüyünü tanımadan İrəvanla hər hansı diplomatik əlaqə qurula və sərhədlər açıla bilməz: “Ermənilər azərbaycanlılara qarşı soyqrım həyata keçiriblər, Xocalıda körpələr məhz türk cocuqları olduqlarına görə qətlə yetiriliblər, onları doğrayıb itlərə yedirdiblər. Bütün bunları necə unutmaq olar? Türkiyəni təhdid edən düşmənlə necə əlaqə qurmaq, qapıları açıb ”xoş gəlmisiniz" demək olar? Biz heç cürə buna yol verməyəcəyik". C.Arıtmanın sözlərinə görə, onlar Ermənistanla əlaqələr qurulmasının yolverilməz olduğu, sərhədlərin açılmamasına dair layihə hazırlayıblar və həmin layihənin səsverməyə çıxarılmasını tələb ediblər: “Mən bu layihəni təqdim edəndən sonra MHP də bizə dəstək verdi. Bundan sonra mübahisə yarandı və komissiyanın AKP-dən olan sədri Murat Mərcan hirslənərək iclası tərk etdi. Amma bizim israrlarımızdan sonra o, yenidən iclasa qayıtdı və Əli Babacanın parlamentə gələrək komissiyaya hesabat verməsi barədə qərar qəbul olundu”. CXP-dən olan millət vəkili bildirib ki, Ə.Babacan gələn həftə komissiyanın iclasına qatılacaq: “Biz bunu bacardıq. İnşallah AKP-nin Ermənistanla sərhədləri açmasının da qarşısını ala biləcəyik”. C.Arıtman məsələ ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana da deputat sorğusu göndərdiyini xatırladaraq, baş nazir açıqlama verənə qədər məsələni gündəmdə saxlayacağını deyib. AKP-nin erməni siyasətinə qarşı ən sərt etiraz edən Milliyyətçi Hərəkat Partiyası (MHP) başqanının müavini, millət vəkili Atilla Qaya bildirib ki, həm Türkiyədə, həm də Azərbaycanda AKP-nin bu siyasətinə etirazlar getdikcə artır: “Bu etirazların fonunda biz baş nazir Ərdoğanın ”Qarabağ problemi həll olunmadan sərhədlər açılmayacaq" bəyanatını eşitdik. Ola bilsin ki, AKP hökuməti getdikcə artan müqavimətin qarşısında geri çəkilir. Tam nəticəyə nail olmaq üçünsə daha ciddi fəaliyyətə keçmək lazımdır". A.Qaya deyib ki, MHP-nin bu məsələ ilə bağlı mövqeyi ilk gündən bəllidir və dəyişməyib: “Ermənistan işğalçı siyasətindən əl çəkməyincə, Türkiyəyə qarşı iddialarından vaz keçməyincə İrəvanla hər hansı münasibətdən söhbət gedə bilməz. MHP olaraq biz bunun əksini yapmaq istəyən qüvvələrin yerində oturdulması üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş işçisi, Türkiyədə kifayət qədər tanınmış şəxs olan Turqut Ər isə lent-az-a müsahibəsində deyib ki, Türkiyədə küçələrdə, şəhərlərdə, kəndlərdə hansı insandan soruşsan, hansı yaşda, hansı təhsildə olmasından asılı olmayaraq, sərhədin açılmasına qarşı çıxar: “Türkiyədəki əhalinin durumu, mövqeyi budur. Yəni, mövqe belədir ki, hər zaman, Azərbaycanın hər halında Türkiyə xalqı, Türkiyə ictimaiyyəti yanında olacaq. Misal kimi deyirəm: mən Türkiyə Qəzetçilər Federasiyasının üzvüyəm, bu təşkilatın bəzi orqanlarında da işləyirəm. Bu təşkilatın ümumilikdə təxminən 20 min üzvü var. Təxminən bir ay öncə bizim sədrimiz ”Yeni Müsavat" qəzetinə müsahibə verdi. O dedi ki, biz həmişə Azərbaycanın yanındayıq, sərhəd məsələsinə heç kim cürət edə bilməz, heç kim yol verə bilməz. Mən yazıçıyam, kitablarım var. Oturub araşdırmalar aparıram, yazıram, illərdir bu məsələ ilə işləyən bir insanam. Yəni, Türkiyədəki real vəziyyəti, durumu bilirəm. Mən özüm də bu məsələyə dediyim kimi qarşıyam". T.Ər deyib ki, əgər kimsə belə bir addım atarsa, Türk dünyası üçün də, Türkiyə üçün də, Azərbaycan üçün də böyük bir yanlışlıq, böyük bir xəta edər. Zabil MÜQABİLOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar