SON XƏBƏRLƏR

QƏZANIN SƏBƏBİ APRELİN 13-də AÇIQLANA BİLƏR

2021.10.20, 07:36
QƏZANIN SƏBƏBİ APRELİN 13-də AÇIQLANA BİLƏR

Gunaz.tv
QƏZANIN SƏBƏBİ APRELİN 13-də AÇIQLANA BİLƏR Türkiyə Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlu ilə birlikdə 6 nəfərin ölümünə səbəb olan vertolyot qəzasının səbəbini araşdırmaq üçün Almaniyadan dəvət olunan heyət araşdırmalarını başa çatdırıb. “Media forum” verdiği xəbərə görə, Almaniyanın Mülki Aviasiya Təşkilatından dəvət edilmiş iki mütəxəssis qəzanın baş verdiyi Qəhrəmanmaraş bölgəsində olub və vertolyotun qalıqları üzərində ekspertiza keçirib, foto və videogörüntülər çəkib, bölgənin coğrafi durumunu araşdırıb. Araşdırmalarda BBP-nin başqan müavini Əhməd Şanverdi, qəza ilə bağlı istintaqa rəhbərlik edən prokuror və Türkiyə Aviasiya Təşkilatının əməkdaşları da iştirak ediblər. Almaniyalı mütəxəssislərin qəza ilə bağlı hesabatı aprelin 13-də açıqlayacağı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar