SON XƏBƏRLƏR

Müxalifətin hakimiyyət əleyhinə nümayişi davam edir

2021.10.20, 07:36
Müxalifətin hakimiyyət əleyhinə nümayişi davam edir

Gunaz.tv
Müxalifətin hakimiyyət əleyhinə nümayişi davam edir Tbilsidə müxalifətin hakimiyyət əleyhinə nümayişi davam edir. Prezident Mixail Saakaşvilinin istefasının tələb edən nümayişçilər dövlət başçısına tələbin yerinə yetirilməsi üçün 24 saat vaxt verib. Bu müddət günün ikinci yarısında başa çatacaq. Etiraz aksiyasının təşkilatçıları tələbləri yerinə yetrilənədək nümayişləri davam etdirəcəklərini bildiriblər. Mixail Saakaşvil etirazçıların tələbini yerinə yetirəcəyi təqdirdə onda müxalifət düşərgəsi aksiyanın sonrakı mərhələsində nələrin nəzərdə tutulduğunu xalqa elan edəcək. Artıq bu düşərgə mənsubları hakimiyyətin parçalanmasının yaxın olduğunu və nümayişlərin sonadək davam etdiriləcəyini bəyan ediblər. Onlar Gürcüstan polisini aksiyaya mane olmaqda və nümayişə gələnlərin qarşısını almaqda ittiham edib. Müxalifət asayiş keşikçiləri tərəfindən 60 nümayişçinin həbs edildiyni söyləyib. Lakin bu xəbər hakimiyyət tərəfindən təkzib olunub. Müxalifət parlament qarşısında keçirilən nümayişdə 150 min adamın iştirak etdiyini iddia edir. «Royters» agentliyi bu göstəricinin 60 min olduğunu bildirsə də, rəsmi Tbilisi aksiyaçıların sayının 25 min nfərdən çox olmadığını deyir. Müxalifət tərəfdarları hökuməti əsasən mətbuata və ədliyyə orqanlarına təsir göstərməkdə, Rusiyayla müharibə nəticəsində torpaqların itirilməsində ittiham edirlər. Ancaq bir sıra qərbli diplomatlar müharibə və ölkədəki etirazlara baxmayaraq Gürcüstanda Mixail Saakaşvilinin mövqeyinin hələ də möhkəm olduğunu söyləyirlər. Müxalifətin istefa tələbinə baxamayaraq Mixail Saakaşvili belə bir addım atmaq niyyətində deyil. Onun hakimiyyət müddəti 2013-cü ildə başa çatacaq. Analitiklər də müxalifətin bu səylərinin heç bir nəticə verməyəcəyini düşünürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar