SON XƏBƏRLƏR

İran adlanan yer və Birləşmiş Ştatlar dialoqa hazırlaşır

2021.10.20, 07:36
İran adlanan yer və Birləşmiş Ştatlar dialoqa hazırlaşır

Gunaz.tv
İran və Birləşmiş Ştatlar dialoqa hazırlaşır Amerika Birləşmiş Ştatları ilə İran arasındakı soyuqluq aradan qalxır. Hər iki ölkənin dialoq mesajı müsbət reaksiya yaradıb. İran prezidenti Mahmud Əhmədinecatın qərblə danışıqlara hazır olmaq bəyanatını rəsmi Vaşinqton yüksək qiymətləndirib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İranın nüvə sahəsindəki son addımlarını diplomatik səyləri dəf etmək niyyəti daşmadığını hesab edir. Birləşmiş Ştatlar İranla qarşılıqlı fəaliyyətə hazırdı və tehrandan da eyni addımı gözləyir. Bu bəyanatı Amerikanın Dövlət Departamentinin mətbuat katibi Robert Vud səsləndirib. O, iran prezidentinin qərblə danışığa hazır olmaq bəyanatını şərh edərək Vaşinqtonun məqsədinin Tehranı dialoqa cəlb etmək olduğunu deyib. Ötən gün İsfahanda yeni nüvə nailiyyətləri barədə keçirilmiş təntənəli mərasimdə çıxış edən İran prezidenti Mahmud Əhmədinecat qarşılıqlı hörmət və ədalət çərçivəsində qərblə müzakirələr aparmağa hazır olduqlarını bildirib. Rəsmi Tehran altıların təklif etdiyi yeni danışıqların şərtlərini nəzərdən keçiriləcəyini də qeyd edib. İran uranı saflaşdırmaq üçün iki yeni sentrifuqu sınaqdan keçirməsini Vaşinqtonla danışıqları əngəlləmədiyini bəyan edib. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İranın nüvə sahəsindəki son addımlarını diplomatik səylərə maneə olmayacağını və dialoq vasitəsiylə nüvə məsələsinin çözüləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar