SON XƏBƏRLƏR

QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB

2021.10.20, 07:36
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB

Gunaz.tv
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB Xədicə Müqəddəm İki həftəlik həbsdən sonra qadın hüquq müdafiəçisi Xədicə Müqəddəm 20 min dollarlıq mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Martın 26-da bayram görüşünə gedərkən tutulan, qadınlarla kişilərin hüquq bərabərliyi üçün aparılan “1 milyon imza” kampaniyasının üzvləri Xədicə Müqəddəm, Leyla Nəzəri, Dilaram Əli, Fərxündə Ehtisabiyan, Məhbubə Kərəmi, Şəhla Füruzanfər, Sürəyya Yusifi, Arəş Nəsiri İqbali, Əmir Rəşidi, Məhəmməd Şurab, Əli Əbdi və Bəhara Behrəvan həbs edilərək Tehranın Evin həbsxanasına salınmışdılar. Martın 29-da Xədicə Müqəddəm və Məhbubə Kərəmidən başqa digər məhbusların hamısı zaminə buraxılmışdı. zaminə buraxılmazdan əvvəl Xədicə Müqəddəm dövlət quruluşuna qarşı təbliğat aparmaqda, “1 milyon imza” kampaniyasına maddi yardım göstərməkdə, polisə müqavimət göstərməkdə günahlandırılıb, ona rəsmi ittiham irəli sürülüb. X.Müqəddəm 2008-ci ildə də bir müddət həbsdə saxlanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar