SON XƏBƏRLƏR

Serj Sarksiyan : Ümid edirəm ki, Ermənistan-Türkiyə yığmalarının cavab oyununa kimi sərhədlər açılacaq

2021.10.20, 07:36
Serj Sarksiyan : Ümid edirəm ki, Ermənistan-Türkiyə yığmalarının cavab oyununa kimi sərhədlər açılacaq

Gunaz.tv
Ermənistan prezidenti Serj Sarksiyan ümid edir ki, oktyabrın 7-nə qədər Türkiyə-Ermənistan sərhədləri açılacaq. Bu barədə o, Rusiyanın RTR televiziyasının “Vesti” proqramının Ermənistan –Türkiyə sərhədlərinin açılması ilə bağlı sualına cavab verərkən bildirib: “Mən hesab edirəm ki, bu mümkündür. Bilirsiniz, bizi türklərlə tarixi yaddaş ayırır. Dünyada elə bir erməni yoxdur ki, “soyqırım” faktına şübhə eləsin. Hər kəs bundan əmindir. Amma türklər, türk dövləti bunu inkar edir. Buna baxmayaraq, biz türklərə heç bir qeyd-şərtsiz diplomatik əlaqələri bərpa etmək, yolları açmaq, sonra isə bütün məsələləri müzakirə edəcək dövlətlərarası komissiya yaratmağı təklif etdik. Bilirsiniz, mən prezident Abdulla Gülü İrəvana dəvət etdim və o, mənim dəvətimi qəbul etdi. Hesab edirəm ki, bizim çətin, amma faydalı danışıqlarımız oldu və biz artıq bu danışıqların sonuna çatırıq. ümid edirəm ki, mən Ermənistan və Türkiyə yığmalarının cavab oyununa baxmağa gedəndə ola bilsin ki, sərhədlər açıq olsun. Səhv eləmirəmsə, cavab görüşü oktyabrın 7-si olacaq”. Bu barədə Ermənistanın "Panorama" saytı məlumat yayıb. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan Abdulla Gülü Avropa çempionatı-2010 çərçivəsində futbol üzrə Ermənistanla Türkiyə yığmalarının sentyabrın 6-da keçiriləcək oyununa tamaşa etmək üçün İrəvana dəvət etmişdi. Abdulla Gül dəvəti qəbul etmişdi və İrəvana səfəri zamanı Türkiyə prezidenti Serj Sarksiyanı cavab oyununa baxmaq üçün İstanbula dəvət etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar