SON XƏBƏRLƏR

Türk iş adamları sərhədlərin açılmasına etiraz edir

2021.10.20, 07:36
Türk iş adamları sərhədlərin açılmasına etiraz edir

Gunaz.tv
Türk iş adamları sərhədlərin açılmasına etiraz edir Azərbaycanla Türkiyə arasında sıx iqtisadi əlaqələr mövcuddur. Ermənistanla sərhədlərin açılması iş adamlarını da narahat edir. Ölkəmizdə biznes qurmuş türkiyəli iş adamları yaranmış son vəziyyətdən narahatdır. Azərbaycanda Türkiyədən gəlmiş yüzlərlə iş adamı fəaliyyət göstərir. Ermənistan-Türkiyə sərhədlərinin açılması onların da mənafeyinə uyğun deyil. Amma bu gün Bakıda keçirilmiş imzatoplama aksiyasında məsələnin iqtisadi tərəfindən çox milli - mədəni, tarixi tərəfi qabardıldı. İki dövlət arasındakı tarixi tərəfdaşlıq təhlükə altında qala bilməz. Aksiya iştirakçıları Türkiyə prezidenti Abdullah Gülə müraciət qəbul etdilər. Sənəddə Ermənistanla sərhədlərin açlmasının Türkiyənin milli maraqlarına cavab vermədiyi xüsusilə vurğulanır. Aksiya çərçivəsində 50 mindən artıq imzanın toplanması gözlənilir. Türk iş adamları Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz tədbirlərini davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar