SON XƏBƏRLƏR

Ər-Riyad İrəvanla diplomatik əlaqələr qurmayacaq

2021.10.20, 07:36
Ər-Riyad İrəvanla diplomatik əlaqələr qurmayacaq

Gunaz.tv
Ər-Riyad İrəvanla diplomatik əlaqələr qurmayacaq Səudiyyə Ərəbistanı səfiri:"Bunun üçün Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır" Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Dusərini etimadnamələrinin surətini təqdim etməsi münasibətilə qəbul edib. XİN mətbuat xidmətinin məlumatına görə, Məmmədyarov İslam ümmətinin bir hissəsi kimi Azərbaycanda Səudiyyə Ərəbistanına xüsusi münasibət bəsləndiyini, azərbaycanlıların qəlbində bu ölkənin xüsusi yeri olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyini qeyd edən nazir deyib ki, bu ağrılı məsələdə Səudiyyə Ərəbistanı əsl dost ölkə kimi hər zaman Azərbaycanın yanında olub. Azərbaycanın Yaxın Şərq böhranının nizamlanması ilə bağlı Səudiyyə Ərəbistanının mövqeyini bölüşdüyünü də vurğulayan E. Məmmədyarov ölkəmizin Qəzza zolağında sülh və əmin-amanlığın təmin edilməsində maraqlı olduğu və bölgədəki yenidənqurma işlərinə sosial yönümlü obyektlərin tikintisi ilə töhfə verməyi planlaşdırdığını söyləyib. Səfir Fəhd bin Əli əl-Dusəri isə dost və qardaş ölkə kimi Azərbaycanın problemlərinə Səudiyyə Ərəbistanında böyük həssaslıqla yanaşıldığını, bu problemlərin həllində ölkəsinin Azərbaycana lazımi dəstək göstərməyə hər zaman hazır olduğunu bildirərək, Azərbaycan torpaqları işğaldan azad olunmayana, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyənə və münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın maraqları tam təmin olunmayana qədər Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmayacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar