SON XƏBƏRLƏR

İran problemi ayrıca problemdir və Rusiya-Amerika RƏM münasibətləri ilə bağlı deyil - Rusiya XİN-in başçısı

2021.10.20, 07:36
İran problemi ayrıca problemdir və Rusiya-Amerika RƏM münasibətləri ilə bağlı deyil - Rusiya XİN-in başçısı

Gunaz.tv
İran problemi ayrıca problemdir və Rusiya-Amerika RƏM münasibətləri ilə bağlı deyil - Rusiya XİN-in başçısı Rusiya XİN-in başçısı Sergey Lavrov bildirib ki, İranın problemi ayrıca problemdir və Rusiya-Amerika RƏM münasibətləri ilə bağlı deyil. "İran ayrıca bir problemdir. Bu problem ilk növbədə nüvə silahının yayılmaması rejiminin pozulmadığına əmin olmaqla bağlıdır", - Lavrov RİA Novosti, "Russia Today" telekanalı və "Голос России" radiostansiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, "altılığ"ın (Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Çin, ABŞ) səyləri məhz buna, İranın nüvə problemi üzrə danışıqların başlanması üçün görülən tədbirlərə yönəldilib. "Bu "altılıq" ölkələri öz təkliflərini İran tərəfinin nəzərinə çatdırıblar. Bu təkliflərdə İranla iqtisadi əlaqələrin inkişafı perspektivi və ayrı-ayrı ölkələr tərəfindən (Tehrana qarşı) tətbiq olunmuş sanksiyaların aradan qaldırılması istiqamətində müsbət stimullar adlandıra biləcəyim fikirlər mövcuddur", - Rusiya XİN başçısı əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar