SON XƏBƏRLƏR

TÜRK OCAQLARININ BAŞQANI DA ERMƏNİ DOSTLUĞUNA ETİRAZ ETDİ

2021.10.20, 07:36
TÜRK OCAQLARININ BAŞQANI DA ERMƏNİ DOSTLUĞUNA ETİRAZ ETDİ

Gunaz.tv
TÜRK OCAQLARININ BAŞQANI DA ERMƏNİ DOSTLUĞUNA ETİRAZ ETDİ Türk Ocaqları Genel başqanı, eyni zamanda Ankara Ticarət Odası (ATO) başqanı, iş adamı Nuri Gürgür Türk Ocaqları saytına yerləşdirilmiş “Obamanın mesajlarının anlamı” başlıqlı yazısında Amerika prezidentinin Türkiyədə olarkən səsləndirdiyi bəyanatlara maraqlı şərhlər verib. N.Gürgürün yazısında bildirilir ki, Obamanın “1915-ci ildə yaşanan pis olayları da gündəmə gətirmək gərəkdir. Bunlar türklərin və ermənilərin birlikdə çözəcəyi problemlərdir. Bu anlamda açılan sərhədlər türk və erməni xalqlarının təkrarən daha barışcıl və rifah içində gələcəyə addım atacaqlarını saxlayacaqdır” dedikdən sonra “Bununla bərabər Qarabağda da görüləcək işlər var” söyləməsi ondan xəbər verir ki, ABŞ prezidenti aprelin 24-də “Soyqırım” ifadəsi işlətməyəcək. Yazıda həmçinin qeyd edilir ki, erməni lobbisi Türkiyənin vaxtı uzatmadan sərhədləri açmasını gözləyir: “Ancaq bu Türkiyənin təməl siyasətinə, strateji çıxarlarına ziddir. Türkiyənin bu barədə düşünməsi və yanlış addımlar atması faciəyə yol açar. Nəticədə Azərbaycanla münasibətlərimiz təsəvvür edilməyəcək şəkildə yara alar. Bu uğursuz sonucların altından kimsə qalxa bilməz”. Nuri Gürgür bununla da Türkiyənin Ermənistanla sərhədləri açmasının yolverilməz olduğunu yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar