SON XƏBƏRLƏR

“Erməni soyqırımı” Türkiyənin yaxasından əl çəkmir

2021.10.20, 07:36
“Erməni soyqırımı” Türkiyənin yaxasından əl çəkmir

Gunaz.tv
“Erməni soyqırımı” Türkiyənin yaxasından əl çəkmir Ermənistanla sərhədi açmağın zərərləri çox olacaq “Erməni soyqırımı” məsələsi Obama Türkiyəni tərk etməyə macal tapmamış ABŞ-da yeni boy atdı. Obamanın anadan olduğu Havayi ştatı “soyqırımı” tanıdı. Bununla Amerikanın 50 ştatından 42-si “soyqırımı” tanımış oldu. Faktiki olaraq bütün Amerika “erməni soyqırımı”nı tanımağa doğru gedir. Zatən, Obama da Türkiyədə bu məsələdə fikrini dəyişmədiyini demişdi. Yəni o da “erməni soyqırımı”nı qəbul etməyə hazır kimi görünür. Ola bilsin ki, bu il ənənəvi aprel müraciətində Obama “soyqırım” ifadəsini işlətməsin, ancaq həmin işdən siyasi spekulyasiya üçün yararlanmaqda olduğu bəllidir. Təəssüf ediləsi Türkiyə rəhbərləyinin bu oyuna getməsidir. Artıq Türkiyənin siyasi dairələrində bu haqda açıq danışırlar. Özü də Türkiyənin Ermənistanla sərhədləri açmaq istəyi bağlılğında həmin məsələni tez-tez dilə gətirirlər. Ərdoğanın müəllimi sayılan Nəcməddin Ərbakan “Obama uşaq oyunu ilə Ərdoğanı ələ aldı”, kimi ifadələr işlədib. O, Obamanın yalnız öz planlarını reallaşdırdığını və söylədiklərinin yalnız söz olduğunu vurğulayıb. Bunu həm Ermənistan, həm də Rasmussen məsələsində aydın görməyin mümkün olduğunu Ərbakan söyləyib. Bununla da Türkiyənin Ermənistan və NATO siyasətində boşluqların olması haqqında fikirlər formalaşır. Ümumiyyətlə, Türkiyənin indiki rəhbərliyinin ölkəni haraya apardığı haqqında dolaşıq fikirlər meydana gəlir. O cümlədən, Ermənistan məsələsində ziddiyyətlər göz qabağındadır. Onu deyək ki, Ermənistanın xarici işlər naziri Türkiyədə belə çox həyasız danışıb. O, ön şərt qoymadan sərhədlərin açılmasını tələb edib. Nalbandyan deyib ki, əgər Türkiyə hər hansı ön şərt irəli sürərsə, Ermənistan dərhal danışıqlardan çəkiləcək. Bu, təhdiddir. Qərbin himayədarlığı ilə ermənilərin azğınlığının artmasıdır. Belə bir şəraitdə Türkiyənin sərhədləri açması və diplomatik əlaqələr qurmaq barədə düşünməsi türk xalqı üçün təhqirdir. Bunlar “soyqırım” oyunundan Amerika daxil bütün Qərbin istifadə etməkdə olduğunu göstərir. Belə ki, bundan sonra da onlar “soyqırımı” ya tanıyacaqlar, ya da ondan şantaj kimi Türkiyəyə qarşı istifadə edəcəklər. Şübhə yoxdur ki, oyun bu məntiqlə davam etsə, Türkiyə həm bütün siyasi mövqelərini itirəcək, həm də “soyqırımı” tanımalı olacaq. Ya da onda ayılacaq ki, “soyqırımı” bütün dünya tanıyıb. Tək qalan Türkiyəyə onda kimsənin yardım edəcəyini düşünmək sadəlöhvlük olacaqdır. Ona görə də Türkiyə indidən əsl müttəfiqlərinin qədrini bilməlidir. Azərbaycanın maraqlarına uyğun olmayan heç bir addım atmamalıdır. Konkret desək, sərhədləri açmaqla Türkiyə Azərbaycanla yanaşı özünü də ciddi bir çətinliyə salmış olur. Ermənistan bunun ardınca Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcək. Bu haqda Türkiyə KİV-i də məlumatlar verir. İrəvandan veriliş hazırlayan “Star TV” açıqca bu sualı verir: “soyqırıma ucaldılan abidə necə olacaq?”. Çünki həmin məbəddə Türkiyənin bir neçə əyalətinə Ermənistanın iddiaları açıqca göstərilib. Məsələn, Bitlis, Diyarbakır, Ərzrum və s. yerlərdən ermənilər torpaq gətirib, ora qoyaraq onları erməni torpaqları kimi adamlara təqdim edirlər. Sərhədləri açdıqdan sonra türklər bu torpaqlara necə baxacaqlar? Yoxsa onlar da həmin iddiaları qəbul etməli olacaqlar? Bizcə, Star TV-nin sualları tam haqlıdır. Türkiyə heç bir halda təzyiqlərə boyun əyib, türk dünyasını sarsıda biləcək addım atmamalıdır. Bu barədə indi bütün Azərbaycan danışır. Azərbaycan cəmiyyətinin etiraz səsi getdikcə daha da yüksəlir. Türkiyə cəmiyyəti də etriazlarını bildirir. Belə görünür ki, Obama Türkiyəyə onu aldatmaq və özünə tərəf çəkmək üçün gəlmişdi. Şübhəsiz ki, rəsmi Ankara olub keçənləri dərindən təhlil edəcək. O, qardaşı Azərbaycana əlini uzadacaq və onunla çiyin-çiyinə erməni təcavüzünə qarşı durmaqda davam edəcək. Azərbaycanla Türkiyə dünyanın böyük hissəsinə qarşı erməni məsələsinə görə mübarizə aparmalıdır. Ona görə də onların bir-birindən ayrı düşməsi çox ziyanlı olardı. Bunun Ankarada dərk edilməsi lazımdır. Türkiyəyə qarşı ABŞ-da “soyqırım”la bağlı davam edən kampaniyanın səngimədiyini və bunun belə də gedəcəyini anlamaq gərəkdir. Erməni türkə qarşı heç zaman səmimi olmayacaq. Bu cırtdan adamlara aldanmaq olmaz. Erməni zor görməsə, sakitləşməyəcək. Türkiyə Azərbaycanla birgə Ermənistanı necə diz çökdürməyi fkirləşməlidir. Təəssüf ki, ermənilər adam dilini başa düşmürlər, onlarla adam kimi danışmaq olmaz. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar