SON XƏBƏRLƏR

“Sərhədsiz Reportyorlar” İran adlanan yerdən jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir

2021.10.20, 07:36
“Sərhədsiz Reportyorlar” İran adlanan yerdən jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir

Gunaz.tv
“Sərhədsiz Reportyorlar” İran adlanan yerdən jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir Mərkəzi qərargahı paris şəhərində yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarını müdafiəsi təşkilatı bəyanat yayaraq İran adlanan yerin Orta Şərqdə jurnalistlərin ən böyük həbsxanası olduğunu bildirib. sənəddə həbsdə saxlanılan 7 jurnalist və 2 vebloqçunun qanunsuz tutulduğu vurğulanaraq onların dərhal azadlığa buraxılması tələb edilib: “Bu jurnalist və vebloqçular özbaşınalıq üzündən həbs olunub. Biz hazırda həbsdə saxlanılan Məhəmməd Sadıq Kəbudvənd, Məhəmmədhəsən Fəllahiyəzadə, Məsud Kürdpur, Müctaba Lütfi, Kavə Cavanmərd, Bəhmən Tutunçu, Ədnan Həsənpur, Hüseyn Derəxşan və Roksana Saberinin dərhal azadlığa buraxılmasını tələb edirik”. Bəyanatda həmçinin məhbus jurnalist və vebloqçuların Tehrandakı Evin həbsxanasının 209-cu və 240-cı korpusunda ağır fiziki və psixi təzyiq altında saxlanıldığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar