SON XƏBƏRLƏR

Türk qızı dünyanın bir nömrəli tennisçisi olacaq

2021.10.20, 07:36
Türk qızı dünyanın bir nömrəli tennisçisi olacaq

Gunaz.tv
Türk qızı dünyanın bir nömrəli tennisçisi olacaq Dinara Safina karyerasında ilk dəfə WTA reytinqinə başçılıq edəcək Rusiyalı qadın tennisçi Dinara Safina karyerasında ilk dəfə dünyanın ən yaxşı raketkası olacaq. Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Qadın Tennisçilər Assosiasiyasının (WTA) yeni reytinqi aprelin 20-də açıqlanacaq. Artıq indidən demək olar ki, Safina istənilən halda, son 11 həftə ərzində reytinqdə birinci pilləni tutan Serena Uilyamsı (ABŞ) qabaqlayacaq. Uilyams İspaniyanın Marbelye şəhərində davam edən turnirin elə ilk dövrəsindəcə gözlənilmədən dünyanın 95-ci raketkası Klara Zakopalovaya (Çexiya) uduzub. Əvvəllər Rusiyanın qadın tennisçilərindən dünyanın bir nömrəlisi adına yalnız Mariya Şarapova layiq görülüb. Safina “Böyük dəbilqə” seriyalı turnirlərin heç birinin qalibi ola bilməsə də, ötən il Fransanın, bu il isə Avstraliyanın açıq çempionatında finaladək irəliləyə bilib. Dinaranın böyük qardaşı Marat isə 2000-ci ildə dünyanın ən yaxşı kişi tennisçisi sayılıb. Bununla da Marat Safin və Dinara Safina kişi və qadınların tennis reytinqinə başçılıq edən ilk bacı-qardaş kimi tarixə düşəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar