SON XƏBƏRLƏR

“MEDİA FM” RADİOSU TÜRKİYƏ MÜĞƏNNİLƏRİNİN MAHNILARINI YAYMAĞI DAYANDIRIR

2021.10.20, 07:36
“MEDİA FM” RADİOSU TÜRKİYƏ MÜĞƏNNİLƏRİNİN MAHNILARINI YAYMAĞI DAYANDIRIR

Gunaz.tv
“MEDİA FM” RADİOSU TÜRKİYƏ MÜĞƏNNİLƏRİNİN MAHNILARINI YAYMAĞI DAYANDIRIR Tural Əliyev “Media FM” radiostansiyası öz efirində Türkiyə ifaçılarının mahnılarının yayımlanmasını dayandıracaq. Bunu “Media forum” saytına “Media FM” radiosunun icraçı direktoru Tural Əliyev (Tural Badi Kubə) deyib. O xatırladıb ki, son günlər Türkiyənin Ermənistanla diplomatik əlaqələri bərpa edəcəyi və sərhədləri açacağı barədə xəbərlər Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olub: “Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar, iş adamları, jurnalistlər sözügedən məsələyə kəskin etiraz bildirməkdədir. “Media FM”in də kollektivi Türkiyənin Ermənistanla əlaqələri bərpa etmək səylərini pisləyir və Azərbaycanda fəaliyyət göstərən bütün radioları belə səylərin qarşısının alınmasına yönəlmiş təşəbbüsü dəstəkləməyə çağırır”. Bu il fevralın 10-dan efirə çıxan “Media FM” radiosunun təsisçisi “Digital Media” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Radio 105.5 FM dalğasında yayılır.«Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar